Təsiredici maddə: 262,5 g/L Thiamethoxam+25 glL Difenoconazole+ 25 g/L
Fludioxonil
Dənli bitkilərin
toxumları və kartof kök yumruları üçün kombinə edilmiş insektofungisid tərkibli toxum dərmanı.
Preparatın üstünlükləri:
- Toxumların müdafiəsi üçün fungisid və insektisid preparatların çən qarışıqlarının istifadə edilməsini tələb etməyən kompleks həll.
- Fuzarioz və helmintosporioz etiologiyalı çürümələrə qarşı effektivliyin mükəmməl birləşməsi.
- Maksimal məhsuldarlığın əldə edilməsi üçün, optimal müddətlərdə, xəstəlik və zərərvericilər səbəbi ilə zədələnmədən itkilərin baş verməsi riski olmadan əkin kampaniyasını başlamaq imkanı.
- "Həyat gücü" (Vigor Еffect) effektinə əsaslanan kəskin fizioloji stimulyasiya.
Suspenziya konsentratı (SK)
3 il
Kanistr, 10 l
–5°С-dən +30°С-dək
Məhv edilən obyektlər: Dənli bitkilərdə - bərk və daş sürməsi, fuzarioz və helmintosporioz kök çürümələri, alternarioz toxum
infeksiyası, toxumların kiflənməsi, taxıl milçəkləri, məftil qurdu, mənənə,
çörək birələri, karabid böcəyi, kartofda
- rizoktonioz, gümüşü yara- xora, antraknoz, fuzarioz, məftil
qurdları, Kolorado
böcəyi, mənənə.
Təsir mexanizmi: Tiametoksam - insektisid təsiredici maddə, cücərmə qabiliyyətinə və böyümə gücünə müsbət təsir göstərir. Kartof əkildikdən sonra, tiametoksam kök yumrularının səthindən tədricən qrunt suyuna, oradan isə köklərdən cavan bitkinin tağına keçir. Preparatın bir hissəsi torpaqda qalır və burada torpaq zərərvericilərini
məhv edir, qalan hissəsi isə
bitkidə yalnız ksilema ilə (aşağıdan yuxarıya
doğru) hərəkət edir və plastik maddələr
axını ilə cavan kök yumrularına keçmir. Kolorado
böcəyinə qarşı qoruyucu
müddət - 90- 100 günə qədər. Suda və hüceyrə
şirəsində yaxşı həll olunması
səbəbi ilə, tiametoksam quraqlıq şəraitində
sabit müdafiəni təmin edir. Fludioksonil - kiçik nüfuzetmə
effektli kontakt təsirli fungsid təsiredici maddə, təbii
antibiotikin analoqu,
kök yumrularının səthindəki və toxumlardakı xəstəlikləri tam nəzarət altında
saxlayır. Göbələklərin sporlarına və cücərmiş hiflərə hələ
bitkilərə nüfuz etməmiş təsir edir. Difenokonazol - sistemli fungisid təsiredici maddə, qrunt və toxum infeksiyasına təsir edir, kök sisteminin və bitkilərin cücərtilərinin müdafiəsini təmin edir.
Təsir sürəti: Preparatın toxumlara çilənməsi başladığı andan etibarən yüksək
ilkin aktivlik.
Təsir müddəti: Kartof - ən azı 30 sutka. Buğda, arpa
– cücərtilərdən kollanma
başlayana qədər olan müddət ərzində.
İşçi məhlulun hazırlanması texnologiyası:
- Dərmanlama maşınının çənini həcminin 1/3 hissəsi miqdarında su ilə doldurun.
- Tələb olunan miqdarda preparatı ayrıca qabda az miqdarda su ilə qarışdırın.
- Preparatın əsas məhlulunu çənə tökün.
- Çəni tələb olunan həcmdə su ilə doldurun.
- Dərmanlama maşını işə düşməzdən öncə qarışdırıcı qurğunu işə salın.
- Dərmanlama zamanı işçi məhlulunu qarışdırmağa davam edin.
- İşçi məhlulunu ən geci bir sutka ərzində istifadə edin.
- Dərmanlama üçün seriyalı şəkildə istehsal olunan, toxum materialına preparatın çilənməsi üçün nəzərdə tutulan fırlanan diskli səpələyiciləri olan dərmanlama maşınları istifadə olunur.
Digər preparatlarla qarışdırılması: Preparat bir
çox maye gübrələrlə, böyümə tənzimləyiciləri ilə və s., insektisidlərlə və fungisidlərlə qarışdırıla bilər, lakin uyğunluq sınağı keçirmək tövsiyə olunur.
Fitotoksiklik: Qorunan
bitkiyə heç
bir toksik təsir göstərmir.
İnsan üçün təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aid edilir.
Tətbiq qaydaları
Preparatın tətbiq norması,
l/t
Bitki
Zərərli obyekt
Tətbiq qaydası və vaxtı
Gözləmə müddəti
/ tətbiqin sayı
1,2-1,5
Payızlıq buğda
Bərk sürmə,
fuzarios, kök çürüməsi, helmintosporioz, qar kifi,
alternarioz, toxum
infeksiyası, toxumların kiflənməsi
Bilavasitə əkindən əvvəl və ya qabaqcadan (1 ilə qədər) toxumların dərmanlanması.
İşçi məhlul sərfi– 10 l/t.
- (1)
0,4
Kartof
Rizoktonioz, gümüşü dəmgil, antraknoz, fuzarioz
Kök yumrularının əkindən əvvəl işlənməsi. İşçi
məhlul sərfi – 10 l/t.
0,4
Məftil
qurdları, Kolorado
böcəyi
Kök yumrularının çilənməsi. İşçi məhlul
sərfi – 10 l/t. kök yumrusu
(əkindən qabaq),
25 l/t kök yumrusu (əkin zamanı).
Preparatın tətbiq norması, l/t
Bitki
Zərərli obyekt
Tətbiq qaydası və vaxtı
Gözləmə müddəti
/ tətbiqin sayı
1,2-1,5
Bərk sürmə, fuzarios, kök çürüməsi, helmintosporioz, qar kifi, alternarioz, toxum
infeksiyası, toxumların kiflənməsi
Bilavasitə əkindən əvvəl və ya qabaqcadan (1 ilə qədər) toxumların dərmanlanması. İşçi məhlul sərfi– 10 l/t.
- (1)
Kartof
Rizoktonioz, gümüşü dəmgil, antraknoz, fuzarioz
Kök yumrularının əkindən əvvəl işlənməsi. İşçi məhlul sərfi – 10 l/t.
0,4
Məftil qurdları, Kolorado böcəyi
Kök yumrularının çilənməsi. İşçi məhlul sərfi – 10 l/t. kök yumrusu (əkindən qabaq), 25 l/t kök yumrusu (əkin zamanı).