İMİDAŞANS-S SK

İMİDAŞANS-S SK

Təsiredici maddə: 600 g/L Imidacloprid 
Toxumlara preparatın çilənməsi üçün sistemik insektisid.

Preparatın üstünlükləri:

  •  Bitkiləri, o cümlədən, kök sistemini, toxumların cücərməsindən cavan bitkilərin vegetasiyasının 35 gününə qədər olan müddət ərzində, həşəratların vura biləcəyi zədələrdən qorumağa imkan verir.
  • Hava şəraitindən asılı olmayaraq, torpaqda yaşayan və yerüstü zərərvericilərin məhv edilməsində yüksək effektivlik nümayiş etdirir.
  • Bitkilərin ilkin vegetasiya dövründə bir neçə dəfə insektisidlərin çilənməsini istisna etməyə imkan verir.

  Suspenziya konsentratı (SK)       2 il

 Kanistr, 10 l
                                  –5°С-dən +30°С-dək 


  Məhv edilən obyektlər: Preparat bitkiləri taxıl milçəklərindən, məftil qurdundan, birələrdən (taxıl, xaçiçəklilər), çörək karabid böcəyindən, gəmirici sovkalardan effektiv şəkildə qoruyur.
  Təsir mexanizmi: Sistemli təsirə malik preparat. Bitkiyə kök sistemindən nüfuz edir. Zərərvericilərə kəskin kontakt- bağırsaq təsirinə, habelə onların sinir sisteminə aktiv təsirə malikdir ki, bu da həşəratın məhv olmasına səbəb olur.
  Təsir sürəti: Preparat həşəratların orqanizminə düşdüyü zaman onlar dərhal hərəkət qabiliyyətlərini itirir, qidalanmağı dayandırır və 24 saat ərzində məhv olurlar.
  Təsir müddəti: Preparat mədəni bitkilərin toxumların cücərməsindən 5- 6 əsl yarpağın əmələ gəlməsinə qədər olan müddət ərzində, tam müdafiəsini təmin edir.
  Tətbiq normaları və müddətləri: Toxumlara preparatın çilənməsi bilavasitə olaraq səpindən öncə və ya əvvəlcədən, fungisid dərmanlama maddələri ilə növbələşdirərək, həyata keçirilir.
  İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə olaraq toxum dərmanlanmazdan öncə hazırlanır. Bunun üçün, dərmanlama maşınının çəninə su tökülür (təxminən qabın yarısı miqdarında). Daha sonra, hesablanmış preparat miqdarı əlavə olunur və mexaniki qarışdırıcı ilə yaxşıca qarışdırılır. Bundan sonra tam dolana qədər su doldurulur. İşçi məhlulu hazırlanarkən toxumlar dərmanlandığı zaman belə qarışdırma dayandırılmır. Bu edilməsə, preparatın kiçik hissəcikləri çənin dibinə çökə bilər ki, bu da dərmanlanmanın bərabərsizliyinə və zərərli obyektlərin məhv edilməsi effektivliyinin azalmasına səbəb olacaq.
  Dərmanlama maşınının təmizlənməsi: Dərmanlamadan sonra, dərmanlama maşınının çənini  bütün gətirici kommunikasiyanı (səpələyiciləri, şlanqları) əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. hesabı ilə hazırlanmış məhlulla yuyurlar.
  Digər preparatlarla qarışdırılması: İmidaşans-S bir çox fungisid toxum dərmanlama maddələri ilə qarışdırıla bilər. Lakin, tətbiq etməzdən öncə, komponentlərin uyğunluğunu yoxlamaq zəruridir.
  Fitotoksiklik: Tövsiyə olunan normalarda preparat çiləndiyi bitkilərə toksik təsir göstərmir.
  Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.

Tətbiq qaydaları

 Preparatın  tətbiq norması, l/t

      Bitki

    Zərərli obyekt

 Tətbiq qaydası və vaxtı

Gözləmə müddəti tətbiqinsayı

0,6-0,75


Payızlıq 
buğda  

Taxıl böcəyi

 

Toxumların işlənməsi. İşçi məhlul sərfi – 10 l/t

 

 

 


                                     
- (1)

0,3-0,6

Buğda, arpa


Saplaqdaxili milçəklər, taxıl
 birələri      


        
5,0-9,0

 

           Qarğıdalı


Məftil qurdları və yalançı məftil qurdları, saplaqdaxili milçəklər


Toxumların işlənməsi.
 İşçi məhlul sərfi –

10-16 l/t

 
      8,0-12,0

 
      Günəbaxan

 
     Məftil qurdları və     yalançı məftil qurdları



Toxumların işlənməsi.
 İşçi məhlul sərfi –

10-17 l/t

 


        
 0,15-0,2

 

 

         Pambıq

 



     
Mənənələr, tripslər




   
Veğetasiya dövründə çiləmə.   İşçi məhlul sərfi 200-400 l/ha

 

                                      
 30 (2)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X