Təsiredici
maddə: 120
glL Tebuconazole
Dənli bitkilər üçün toxum dərmanlama toxum dərmanı.
Preparatın üstünlükləri:
- Bütün növ sürmələrin məhv edilməsi üçün əvəzolunmaz preparat, Fusarium cinsli göbələklərin törətdiyi patogenlərin təsirini kifayət qədər effektiv şəkildə yox edir.
- Bitkiləri, ilkin böyümə və inkişaf fazalarında, kök (kökətrafı) çürüntülərdən və yarpaq infeksiyasından effektiv şəkildə qoruyur.
- Toxumların cücərmə qabiliyyətinə, sonrakı böyüməyə və bitkinin inkişafına mənfi təsir göstərmir.
Suspenziya konsentratı (SK)
3 il
Kanistr, 5 l
–5°С-dən +30°С-dək
Məhv edilən obyektlər: Preparat toz, bərk və örtülmüş sürməni, fuzarioz və helmintosporioz
kök çürümələrini, qar kifini, yulafın
qırmızı- boz ləkələrini effektiv şəkildə
məhv edir.
Təsir mexanizmi: Sistemli təsirə malik preparat. Profilaktik və müalicəvi təsirə malikdir. Toxumun səthində və onun daxilində mövcud olan infeksiyanı məhv edir. Ölümünə səbəb olaraq, patogenin hüceyrə membranlarında erqosterinin biosintezinə mane olur. Preparat
böyümə nöqtələrində toplanır
və kök sistemini, cavan zoğları torpaq infeksiyasından
qoruyur.
Təsir sürəti: Preparat toxum infeksiyasını toxumlar torpağa əkildikdən 2- 4 saat sonra məhv etməyə başlayır.
Təsir müddəti: Preparat xəstəlikləri cücərmə başladıqdan və kollanma başa çatanadək olan bütün müddət ərzində effektiv şəkildə məhv edir.
Tətbiq normaları və müddətləri: Toxumların dərmanlanması əvvəlcədən və ya bilavasitə olaraq əkindən öncə həyata
keçirilir. Təzə yığılmış
toxumlara preparat ən geci əkindən 2- 5 gün öncədən çilənir.
Preparatın sərfiyyat
norması 0,2-0,25 l/t, işçi məhlulu sərfiyyatı isə 10 l/t təşkil edir.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə olaraq toxum dərmanlanmazdan öncə
hazırlanır. Bunun üçün, dərmanlama maşınının çəninə su tökülür
(təxminən qabın yarısı
miqdarında). Daha sonra, hesablanmış preparat
miqdarı əlavə olunur və mexaniki qarışdırıcı ilə yaxşıca qarışdırılır. Bundan sonra tam dolana qədər su doldurulur. İşçi məhlulu
hazırlanarkən toxumlar dərmanlandığı zaman belə qarışdırma
dayandırılmır. Bu edilməsə, preparatın kiçik hissəcikləri çənin dibinə çökə bilər ki, bu da dərmanlanmanın bərabərsizliyinə və zərərli obyektlərin məhv edilməsi effektivliyinin azalmasına səbəb olacaq.
Hazırlanmış işçi məhlulu, hazırlandıqdan sonra 24 saat ərzində istifadə olunmalıdır.
Dərmanlama maşınının təmizlənməsi: Dərmanlamadan sonra, dərmanlama maşınının çənini və bütün gətirici kommunikasiyanı (səpələyiciləri, şlanqları) əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış
sodadan (yuyucu tozdan) və sudan ibarət,
100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yuyurlar.
Digər preparatlarla qarışdırılması: Şansil Ultra toxumlara preparatın
çilənməsi üçün tətbiq olunan bir çox fungisidlə və insektisidlə qarışdırıla bilər, lakin, qarışdırmazdan öncə, preparatların qarışdırılmasına yol verilib-
verilmədiyi yoxlanmalıdır.
Fitotoksiklik: Preparat çiləndiyi bitkilərə
qarşı yüksək
selektivlik nümayiş etdirir, toxumların cücərmə qabiliyyətini zəiflətmir.
Təhlükə sinfi: 2-ci təhlükə
sinfinə aiddir. Preparat çox toksikdir.
Tətbiq qaydaları
Preparatın tətbiq norması,
l/t
Bitki
Zərərli obyekt
Tətbiq qaydası
və vaxtı
Gözləmə müddəti
/ tətbiqin sayı
0,2-0,25
Yazlıq, payızlıq buğda
Bərk sürmə, toz sürmə, helmintosporioz və fuzarioz
kök çürümələri, toxumların kiflənməsi,
septorioz, qarlı kif
Toxumların əkindən əvvəl və ya qabaqcadan dərmanlanması. İşçi maye sərfi
– 10 l/t
- (1)
Yazlıq, payızlıq arpa
Bərk sürmə, toz sürmə, helmintosporioz və fuzarioz kök çürümələri, toxumların kiflənməsi,
Toxumların əkindən əvvəl və ya qabaqcadan dərmanlanması. İşçi maye sərfi
– 10 l/t
0,2-0,25
Yulaf
Daş sürmə, toz
sürmə, yalançı toz sürmə, helmintosporioz və fuzarioz kök çürümələri, torşəkilli pas, toxumların kiflənməsi
- (1)
Payızlıq çovdar
Toz sürmə, örtülü sürmə, toxumların kiflənməsi, qonur- qırmızı pas
Preparatın tətbiq norması, l/t
Bitki
Zərərli obyekt
Tətbiq qaydası və vaxtı
Gözləmə müddəti
/ tətbiqin sayı
0,2-0,25
Bərk sürmə, toz sürmə, helmintosporioz və fuzarioz
kök çürümələri, toxumların kiflənməsi,
septorioz, qarlı kif
Toxumların əkindən əvvəl və ya qabaqcadan dərmanlanması. İşçi maye sərfi
– 10 l/t
- (1)
Bərk sürmə, toz sürmə, helmintosporioz və fuzarioz kök çürümələri, toxumların kiflənməsi,
Toxumların əkindən əvvəl və ya qabaqcadan dərmanlanması. İşçi maye sərfi – 10 l/t
0,2-0,25
Yulaf
Daş sürmə, toz sürmə, yalançı toz sürmə, helmintosporioz və fuzarioz kök çürümələri, torşəkilli pas, toxumların kiflənməsi
Toz sürmə, örtülü sürmə, toxumların kiflənməsi, qonur- qırmızı pas