Haqqımızda

Sector AGRO MMC

Sector AGRO – kənd təsərrüfatı sahəsində innovasiya, keyfiyyət və dayanıqlı inkişaf prinsipləri əsasında fəaliyyət göstərən yerli lider şirkətlərdən biridir. Biz torpağın gücünə, zəhmətkeş insanların əməyinə və müasir elmi biliklərə əsaslanan istehsalat yanaşmasına inanırıq. 2015-ci ildən etibarən fəaliyyət göstərdiyimiz bu sahədə məqsədimiz ölkəmizdə aqrar sektorun inkişafına töhfə vermək, kənd təsərrüfatını daha məhsuldar və rəqabətədavamlı hala gətirməkdir.

Fəaliyyət Sahələrimiz

Sector AGRO şirkəti kənd təsərrüfatının bir çox istiqamətləri üzrə fəaliyyət göstərir:

  • Toxum təchizatı – Sertifikatlı, xəstəlik və zərərvericilərə qarşı davamlı, məhsuldar yerli və xarici sort-hibrit toxumlar

  • Gübrə təchizatı – Beynəlxalq standartların tələblərinə cavab verən orqanik, bioloji və kimyəvi gübrələrlə təminat

  • Bitki mühafizə vasitələri – Güvənli və balanslı preparatlar + konsultasiya.

  • Aqrar təlimlər – Seminar, təlim və texniki məsləhət xidmətləri.

  • Məhsul alışı və satışı – Yerli fermerlərin məhsullarının alışı və bazara çıxarılması.

Missiyamız

Məhsuldarlığı artırmaq, fermer rifahını yüksəltmək və ərzaq təhlükəsizliyinə töhfə vermək.

Vizyonumuz

Azərbaycanın bütün bölgələrində kənd təsərrüfatını güclü iqtisadi dayağa çevirmək.

Dəyərlərimiz

  • Etibarlılıq və şəffaflıq

  • Keyfiyyət

  • Ətraf mühitə hörmət

  • Yerli inkişaf

Əməkdaşlıq

Dövlət, yerli və beynəlxalq tərəfdaşlarla innovasiya yönümlü əməkdaşlıq.

Niyə Sector AGRO?

  • 10 il təcrübə

  • 1000+ razı müştəri

  • Sertifikatlı məhsullar

  • Peşəkar komanda

  • Çatdırılma və texniki dəstək

Sonda...

Sector AGRO – Bitki mühafizəsi bizim peşəmizdir!

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X