Təsiredici maddə: 30 g/L Difenoconazole + 6,3 g/L Cyproconazole
Dənli bitkilərin dərmanlanması üçün iki komponentli toxum dərmanı.
Preparatın üstünlükləri
- Sürmə xəstəliklərinə, kök çürüməsinə, toxumların kiflənməsinə, qonur pasa, septorioza yüksək effektiv təsir spektrini genişləndirmək.
- Bitkilər boruya çıxmazdan öncə qoruyucu təsir dövrünü uzatmaq.
- Uzun müddət ərzində həm daxili, həm də xarici göbələk infeksiyasını məhv etmək.
- Kök sisteminin böyüməsini təkmilləşdirmək.
Suspenziya konsentratı (SK)
3 il
Kanistr, 10 l
–5°С-dən
+30°С-dək
Məhv edilən obyektlər: Preparat sürmə xəstəliklərini, fuzarioz
və helmintosporioz, kök çürüməsini, boz pası, septorioz
və torşəkilli xalları, unlu şehi, toxumların kiflənməsini
effektiv şəkildə məhv edir.
Təsir mexanizmi: Preparatda iki, aktiv təsirə malik olan təsiredici maddənin olması daxili və xarici göbələk infeksiyasını effektiv şəkildə məhv
etməyə imkan verir. Difenokonazol suda daha zəif həll
olunur və toxumlar,
bitkilər onu daha zəif sorur. O, əsasən,
gövdənin əsasına yaxın yerdə toplanır və uzun müddət ərzində kök sistemi ilə gövdəyə zərərli patogenlərin daxil olmasından qoruyur.
Difenokonazol və siprokonazol göbələklərdə
sterinlərin əmələ gəlməsini mane olur, bununla da hüceyrə membranlarının seçilmə
qabiliyyətini pozur. Siprokonazol suda difenokonazoldan daha yaxşı həll olunur ki, bu da ona cavan bitkinin, o cümlədən
yarpaq səthindən tez bir zamanda nüfuz
etməyə və bir çox xəstəliklərdən qorumağa imkan verir.
Təsir sürəti: Preparatın təsiredici maddəsi tez bir zamanda bitkilərə
nüfuz edir. Çiləmədən 3- 4 saat sonra, patogenlərin inkişafını effektiv şəkildə mane olmaya başlayır.
Təsir dövrü: Preparat bitkiləri cücərmə anından etibarən boruya çıxış başlayana qədər effektiv
şəkildə qoruyur. Onun nəzərə çarpacaq qoruyucu
təsiri ta sünbüllənməyə qədər özünü göstərir.
Tətbiq normaları və müddətləri: Preparat əvvəlcədən
və ya səpindən öncə tətbiq olunur.
Preparatın tətbiq normaları
"Tətbiq reqlamenti"
bölməsində göstərilib. İşçi məhlulun sərfiyyatı 10 l/t təşkil edir.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə olaraq toxum dərmanlanmazdan
öncə hazırlanır. Bunun üçün, dərmanlama maşınının çəninə su tökülür
(təxminən qabın yarısı
miqdarında). Daha sonra, hesablanmış preparat miqdarı əlavə olunur və mexaniki qarışdırıcı ilə yaxşıca
qarışdırılır. Bundan sonra tam dolana qədər su doldurulur. İşçi məhlulu hazırlanarkən toxumlar
dərmanlandığı zaman belə qarışdırma dayandırılmır. Bu edilməsə, preparatın kiçik hissəcikləri çənin dibinə çökə bilər ki, bu da dərmanlanmanın bərabərsizliyinə və zərərli obyektlərin məhv edilməsi effektivliyinin azalmasına səbəb olacaq.
Hazırlanmış işçi məhlulu, hazırlandıqdan sonra 24 saat ərzində istifadə olunmalıdır.
Dərmanlama maşınının təmizlənməsi: Dərmanlamadan sonra, dərmanlama maşınının çənini və bütün gətirici kommunikasiyanı (səpələyiciləri, şlanqları) əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan
(yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. hesabı ilə
hazırlanmış məhlulla
yuyurlar.
Digər preparatlarla qarışdırılması: Preparat başqa mikrogübrələrlə və neytral reaksiyaya malik başqa
fungisidlərlə qarışdırıla bilər. Üzvi həlledicilər əsasında hazırlanmış
preparatlarla qarışdırıla bilməz.
Fitotoksikliyi: Tövsiyə olunan normalarda preparat
toxumların cücərməsinə toksik təsirin göstərilməməsi ilə yanaşı,
güclü kök sisteminin inkişaf etməsinə
xoş təsir göstərir.
Təhlükə sinfi: Preparat mülayim toksikdir. 3-cü təhlükə sinfinə aiddir
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/t |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
1,0 |
Payızlıq buğda |
Toz sürmə, bərk sürmə, septorioz, helmintosporioz və fuzarioz, kök çürüməsi, toxumların kiflənməsi |
Toxumların əkindən əvvəl və ya öncədən dərmanlanması.İşçi məhlul sərfi – 10 l/t |
- (1) |
|
|
Payızlıq arpa |
Toz sürmə, daş sürmə, yalançı (qara) toz sürmə, tünd qonur və torlu ləkəliklər, helmintosporioz və fuzarioz kök çürümələri, toxumların kiflənməsi |
||
|
1,0 |
Payızlıq çovdar |
Helmintosporioz və fuzarioz kök çürümələri, saplaq sürmə, toxumların kiflənməsi |