Təsiredici
maddə: 60
g/L Thiabendazole
+ 60 g/L
Tebuconazole +
40 g/L
Imazalil
Dənli bitkilərin dərmanlanması üçün toxum dərmanı.
Preparatın üstünlükləri:
- Məhv edilən patogenlərin spektrini genişləndirmək, toxumların və cücərtilərin bütün növ sürmələrdən, müxtəlif kök çürümələrindən, toxumların kiflənməsindən və qar kifindən tam qorunmasını təmin etmək.
- Dənli bitkilərin vegetasiya edən bitkilərinin müdafiə dövrünü flaq yarpağın əmələ gəlməsinə qədər artırmaq.
- Bitkilərin əlverişsiz ətraf mühit amillərinə (şaxta, quraqlıq) qarşı davamlılığını artırmaq.
Suspenziya konsentratı (SK)
2 il
Kanistr, 10 l
–5°С-dən +30°С-dək
Məhv edilən obyektlər: Preparat ən yüksək effektivliyi dənli bitkilərin əsas xəstəliklərinə qarşı nümayiş etdirir:
bütün növ sürmələr, müxtəlif
etiologiyalı kök çürümələri, toxumların kiflənməsi.
Preparat uzun müddət ərzində cücərtiləri
unlu şeh, pas və septorioz ilə sirayətlənmədən qoruyur.
Təsir mexanizmi: Sistemli təsirə malik preparat. Dənli bitkilərin xəstəliklərinin müalicəsi və
profilaktikası üçün istifadə olunur.
Xəstəlik törədicilərinə qarşı
maksimal effekt preparata patogenlərin müxtəlif fizioloji proseslərini məhv edən üç təsiredici maddənin əlavə edilməsi
sayəsində əldə olunur. Tiabendazol, tubulinin əlaqələndirilməsi sayəsində, mikoz prosesini məhv edir. Göbələklərin böyüməsini və inkişafını dayandırır. Torpaqda bitki qalıqlarında mövcud olan və kök, kökətrafı çürüntülərə, qar kifinə səbəb
olan törədicilərə qarşı
preparatın effektivliyini gücləndirir. Tebukonazol fitopatogenlərin hüceyrə membranlarında erqosterinin biosintezini mane olur ki, bu da onların məhv olmasına gətirib
çıxarır. Xəstəlik törədicilərinin daxili və xarici infeksiyasını məhv edir. İmazalil
steroidlərin demetilləşməsini, erqosterinin sintezinə mane olur, patogenin
hüceyrə membranlarının
keçiriciliyinin pozulmasına gətirib çıxarır. Preparat
lokal sistemli təsirə malikdir. Kök sisteminin xəstəlik törədicilərinə qarşı müdafiəsini gücləndirir.
Təsir sürəti: Preparat toxum infeksiyasına, preparatın çiləndiyi
toxumlar əkildikdən artıq 2- 4 saat sonra, təsir göstərməyə başlayır.
Qoruyucu təsir müddəti:
Şansil Trio
uzunmüddətli qoruyucu təsirə malikdir. Bu müddət boruya çıxma mərhələsinə və flaq yarpağın əməl gəlməsinə qədər olan müddət ərzində davam edir,
xüsusilə də, yazlıq dənli bitkilərdə.
Tətbiq normaları və müddətləri: Preparat əvvəlcədən və ya əkindən öncə tətbiq olunur.
Preparatın vurulması normaları "Tətbiq reqlamenti" bölməsində göstərilib. İşçi məhlulun sərfiyyatı 10 l/t təşkil edir.
İşçi məhlulun hazırlanma texnologiyası: Əvvəlcə əsas məhlul hazırlanır. Bunun üçün, tələb olunan miqdarda preparat az miqdarda suda həll edilir və həmcins suspenziya əmələ gələnə qədər qarışdırılır. Daha sonra, hazırlanmış suspenziya dərmanlama maşınının əvvəlcədən 30- 40% su ilə doldurulmuş çəninə tökülür. Bundan sonra, yaxşıca qarışdırılır və çən tam dolana qədər su ilə doldurulur.
Dərmanlama maşınının təmizlənməsi: Şansil Trio tətbiq
edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250- 300 qr. soda hesabı
ilə hazırlanmış məhlulla
yaxşıca yumaq zəruridir.
Digər preparatlarla qarışdırılması: Müstəqil tətbiq zamanı effektiv
olur.
Fitotoksikliyi: Preparat tövsiyə
olunan sərfiyyat normalarında
fitotoksik deyil.
Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aiddir.
Tətbiq
qaydaları
Preparatın tətbiq norması,
l/t
Bitki
Zərərli obyekt
Tətbiq qaydası və vaxtı
Gözləmə müddəti / tətbiqin sayı
0,4
Payızlıq buğda
Bərk sürmə, toz sürmə, fuzarioz və helmintosporioz kök çürümələri, septorioz, toxumların kiflənməsi
Toxumların
əkindən əvvəl və ya qabaqcadan dərmanlanması. İşçi məhlul sərfi
- 10 l/t
(-1)
Yazlıq buğda
Bərk sürmə, fuzarioz və helmintosporioz kök çürümələri, septorioz, toxumların
kiflənməsi
0,4-0,5
Toz sürmə
Yazlıq arpa
Daş sürmə,
fuzarioz və helmintosporioz kök
çürümələri, tor şəkilli pas, toxumların kiflənməsi
0,5
Toz sürmə, yalançı toz sürmə
0,4
Payızlıq arpa
Daş sürmə,
fuzarioz və
helmintosporioz kök çürümələri, torşəkilli
pas, toxumların kiflənməsi
Payızlıq çovdar
Saplaq sürməsi, fuzarioz
və helmintosporioz kök çürümələri, qarlı
fuzarioz kif, toxumların kiflənməsi
Preparatın tətbiq norması, l/t
Gözləmə müddəti / tətbiqin sayı
Payızlıq buğda
Bərk sürmə, toz sürmə, fuzarioz və helmintosporioz kök çürümələri, septorioz, toxumların kiflənməsi
Bərk sürmə, fuzarioz və helmintosporioz kök çürümələri, septorioz, toxumların kiflənməsi
Toz sürmə
Yazlıq arpa
Daş sürmə, fuzarioz və helmintosporioz kök çürümələri, tor şəkilli pas, toxumların kiflənməsi
Payızlıq arpa
Daş sürmə,
fuzarioz və
helmintosporioz kök çürümələri, torşəkilli
pas, toxumların kiflənməsi
Saplaq sürməsi, fuzarioz və helmintosporioz kök çürümələri, qarlı fuzarioz kif, toxumların kiflənməsi