Təsiredici
maddə: 600
qr/l Metribuzin
Kartofda, soyada və qarğıdalı əkinlərində birillik ikiləpəli və dənli alaq otları ilə mübarizə üçün nəzərdə tutulan cücərmədən öncə və sonra tətbiq olunan herbisid.
Preparatın üstünlükləri:
- Geniş tətbiq diapazonuna malikdir (bitki və alaq otları cücərməzdən öncə və cücərdikdən sonra).
- Xırda- xırda istifadə etmək mümkündür ki, bu da preparatın sərfiyyat normasını azaltmağa imkan verir.
- Bitkilərin kökləri və cücərtiləri onu asanlıqla adsorbsiya edir, lakin o, yarpaq səthindən də nüfuz edə bilər.
Suspenziya konsentratı (SK).
2 il.
Kanistr, 5 l.
-5°С-dən + 30°С-dək.
Məhv edilən obyektlər: Zenkoşans yovşanyarpaq ambroziyanı, əkin güləvərini, yabanı
xardalı, dərman şahtərəsini, Teofrast
kəndirotunu, dirrik pərpətöyünü, birillik poruğu, çöl yarğanotunu, isitməotunu, kokia süpürgəsini, bataqlıq otu, xırdaçiçəkli qalinsoqanı, süpürgə otunu, adi
pıtraq, şüvərən, tərə, amarant, işırqan, sirkən, qırxbuğum
növlərini, birillik dişəni, sahə
tülküquyruğunu, toyuq darısını,
qıllıcaları və s. uğurla məhv edir.
Təsir mexanizmi: Təsir mexanizmi fotosintezdə iştirak edən elektronların nəqlinin mane olmasına
əsaslanır. Zenkoşansı daha çox alaq otlarının kökləri absorbsiya
edir, lakin o, bitkiyə yarpaqlardan da nüfuz edə bilər. Akropetal olaraq, yəni aşağıdan
yuxarıya doğru, hərəkət
edir.
Təsir sürəti: Herbisid alaq otlarını, cücərmədən öncə tətbiq edildikdə
onlar cücərdiyi anda, yaxud,
cücərmədən sonra tətbiq edildikdə 10- 20 sutka ərzində
məhv edir.
Qoruyucu təsir müddəti: Zenkoşans 1- 2 ay ərzində
bitkinin alaq otlarından müdafiəsini təmin edir.
Tətbiq normaları və müddətləri: Preparatın maksimal normaları mexaniki tərkibinə görə ağır torpaqlarda, minimal normalar
isə yüngül torpaqlarda tətbiq olunur. Humus
miqdarının az olduğu
(1%-dən az) qumlu torpaqlarda Zenkoşansı istifadə etmək
tövsiyə olunmur. Humus miqdarının 6%-dən çox olduğu torpaqlarda, habelə, torf
bataqlıqlarında və "üzən" torpaqlarda çiləməni artıq cücərmiş alaq otları üzərində
həyata keçirmək məsləhətdir. Çiləmə zamanı və çiləmədən sonrakı ilk günlərdə torpağı qarışdırmaq tövsiyə olunmur. Torpağın səthi yaxşı, topalar
olmadan, hazırlanmalıdır. Preparat çiləmədən
sonra yaxın zaman ərzində mülayim
yağıntılar yağdığı zaman yüksək effektivlik nümayiş etdirir. Bol yağıntılar isə, əksinə, preparatın yuyulub
aparılması səbəbi ilə, effektivliyi azalda bilər (xüsusilə, yüngül torpaqlarda). Çiləmədən
sonra uzunmüddətli quraqlıq dövrü herbisidin effektivliyinə mənfi təsir göstərir.
Faraş kartof üçün 0,5 l/ ha-dan çox normanı
keçmək olmaz, xüsusilə də, cücərtilər
çıxdığı dövrdə əlverişsiz hava şəraitində (güclü yağış yağdığı
zaman).
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə çiləmədən
əvvəl hazırlanır. Çiləyici çəninin 1/3 hissəsi su ilə doldurulur və yavaş- yavaş, tam dozada qarışdırıla- qarışdırıla, əsas preparat
məhlulu tökülür, suyun
qalan hissəsi çiləyici çəninə,
qarışdırıla- qarışdırıla, əlavə olaraq tökülür. İşçi məhlulu hazırlandığı gün istifadə olunmalıdır.
Çiləyicinin təmizlənməsi: Herbisidlə iş başa çatdırıldıqdan sonra, çiləyicini və səpələmə avadanlığı əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yuyulur.
Digər preparatlarla qarışdırılması: Zenkoşans bir çox herbisidlərlə, fungisidlərlə, insektisidlərlə, bitkilərin böyümə tənzimləyiciləri ilə və mineral gübrələrlə qarışdırıla bilər. Hər bir halda qarışdırılan preparatların fiziki- kimyəvi uyğunluğuna dair
ilkin yoxlama aparılmalıdır.
Fitotoksikliyi:
Tətbiq reqlamentinə riayət
edildiyi zaman fitotoksiklik əlamətləri özünü, demək olar
ki, büruzə vermir.
Bəzən, preparatın həddindən çox uzanmış bitkilərə çilənməsi zamanı yarpağın kənarına yaxın yerlərdə yarpaqların rənginin intensivliyinin müvəqqəti olaraq zəifləməsi müşahidə olunur.
Təhlükə sinfi: 3-cü təhlükə sinfinə aiddir (mülayim təhlükəli birləşmə).
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
|
|
İşçi məhlul sərfi: 200-300 l/ha |
60 (1) |
|
0,6-1 |
Soya |
|||
|
0,8-1 |
Qarğıdalı (dənlik) |
|||
|
0,5 + 0,3-0,5 |
Bitkilərin cücərməsinə qədər və təkrarən bitkilərin 3-4 yarpaq fazasında çilənmə. İşçi məhlul sərfi: 200-300 l/ha |
60 (2) |
||
|
Fərdi təsərrüfatlar üçün tətbiq reqlamenti |
||||
|
10-12 ml/3 lt su |
|
|
Şitil sahəyə köçürüldükdən 15-20 gün sonra çiləmə. İşçi məhlul sərfi -3 lt/100 m2 |
60 (1) |
|
Kartof (tezyetişən istisna) |
Cücərtilər əmələ gələnə qədər torpağın çilənməsi. İşçi məhlul sərfi - 3 lt/100 m2 |
60 (1) |
||