ZENKOŞANS SK

ZENKOŞANS SK

Təsiredici maddə: 600 qr/l Metribuzin 
Kartofda, soyada qarğıdalı əkinlərində birillik ikiləpəli dənli alaq otları ilə mübarizə üçün nəzərdə tutulan cücərmədən öncə sonra tətbiq olunan herbisid.


Preparatın üstünlükləri:

  • Geniş tətbiq diapazonuna malikdir (bitki alaq otları cücərməzdən öncə cücərdikdən sonra).
  • Xırda- xırda istifadə etmək mümkündür ki, bu da preparatın sərfiyyat normasını azaltmağa imkan verir.
  • Bitkilərin kökləri və cücərtiləri onu asanlıqla adsorbsiya edir, lakin o, yarpaq səthindən də nüfuz edə bilər.

  Suspenziya konsentratı (SK).                      2 il.

  Kanistr, 5 l.                                                 
-5°С-dən + 30°С-dək.


  Məhv edilən obyektlər: Zenkoşans yovşanyarpaq ambroziyanı, əkin güləvərini, yabanı xardalı, dərman şahtərəsini, Teofrast kəndirotunu, dirrik pərpətöyünü, birillik poruğu, çöl yarğanotunu, isitməotunu, kokia süpürgəsini, bataqlıq otu, xırdaçiçəkli qalinsoqanı, süpürgə otunu, adi pıtraq, şüvərən, tərə, amarant, işırqan, sirkən, qırxbuğum növlərini, birillik dişəni, sahə tülküquyruğunu, toyuq darısını, qıllıcaları və s. uğurla məhv edir.
  
Təsir mexanizmi: Təsir mexanizmi fotosintezdə iştirak edən elektronların nəqlinin mane olmasına əsaslanır. Zenkoşansı daha çox alaq otlarının kökləri absorbsiya edir, lakin o, bitkiyə yarpaqlardan da nüfuz edə bilər. Akropetal olaraq, yəni aşağıdan yuxarıya doğru, hərəkət edir.
  
Təsir sürəti: Herbisid alaq otlarını, cücərmədən öncə tətbiq edildikdə onlar cücərdiyi anda, yaxud, cücərmədən sonra tətbiq edildikdə 10- 20 sutka ərzində məhv edir.
  
Qoruyucu təsir müddəti: Zenkoşans 1- 2 ay ərzində bitkinin alaq otlarından müdafiəsini təmin edir.
  
Tətbiq normaları və müddətləri: Preparatın maksimal normaları mexaniki tərkibinə görə ağır torpaqlarda, minimal normalar isə yüngül torpaqlarda tətbiq olunur. Humus miqdarının az olduğu (1%-dən az) qumlu torpaqlarda Zenkoşansı istifadə etmək tövsiyə olunmur. Humus miqdarının 6%-dən çox olduğu torpaqlarda, habelə, torf bataqlıqlarında  "üzən" torpaqlarda çiləməni artıq cücərmiş alaq otları üzərində həyata keçirmək məsləhətdir. Çiləmə zamanı çiləmədən sonrakı ilk günlərdə torpağı qarışdırmaq tövsiyə olunmur. Torpağın səthi yaxşı, topalar olmadan, hazırlanmalıdır. Preparat çiləmədən sonra yaxın zaman ərzində mülayim yağıntılar yağdığı zaman yüksək effektivlik nümayiş etdirir. Bol yağıntılar isə, əksinə, preparatın yuyulub aparılması səbəbi ilə, effektivliyi azalda bilər (xüsusilə, yüngül torpaqlarda). Çiləmədən sonra uzunmüddətli quraqlıq dövrü herbisidin effektivliyinə mənfi təsir göstərir. Faraş kartof üçün 0,5 l/ ha-dan çox normanı keçmək olmaz, xüsusilə də, cücərtilər çıxdığı dövrdə əlverişsiz hava şəraitində (güclü yağış yağdığı zaman).
  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə çiləmədən əvvəl hazırlanır. Çiləyici çəninin 1/3 hissəsi su ilə doldurulur və yavaş- yavaş, tam dozada qarışdırıla- qarışdırıla, əsas preparat məhlulu tökülür, suyun qalan hissəsi çiləyici çəninə, qarışdırıla- qarışdırıla, əlavə olaraq tökülür. İşçi məhlulu hazırlandığı gün istifadə olunmalıdır.
  
Çiləyicinin təmizlənməsi: Herbisidlə iş başa çatdırıldıqdan sonra, çiləyicini səpələmə avadanlığı əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yuyulur.
  
Digər preparatlarla qarışdırılması: Zenkoşans bir çox herbisidlərlə, fungisidlərlə, insektisidlərlə, bitkilərin böyümə tənzimləyiciləri ilə mineral gübrələrlə qarışdırıla bilər. Hər bir halda qarışdırılan preparatların fiziki- kimyəvi uyğunluğuna dair ilkin yoxlama aparılmalıdır.
  
Fitotoksikliyi: Tətbiq reqlamentinə riayət edildiyi zaman fitotoksiklik əlamətləri özünü, demək olar ki, büruzə vermir. Bəzən, preparatın həddindən çox uzanmış bitkilərə çilənməsi zamanı yarpağın kənarına yaxın yerlərdə yarpaqların rənginin intensivliyinin müvəqqəti olaraq zəifləməsi müşahidə olunur.
  
Təhlükə sinfi: 3-cü təhlükə sinfinə aiddir (mülayim təhlükəli birləşmə).



Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

       Bitki

 Zərərli obyekt

   Tətbiq qaydası vaxtı

  Gözləmə müddəti / tətbiqin sayı  


0,5-1,1

 

       Kartof









Birillik
ikiləpəli taxıl fəsiləsi alaqları



Bitkilərin cücərməsinə qədər torpağın çilənməsi.

İşçi məhlul sərfi: 200-300 l/ha

 

60 (1)

0,6-1

Soya

0,8-1

 

Qarğıdalı (dənlik)


0,5 + 0,3-0,5

Bitkilərin cücərməsinə qədər və təkrarən bitkilərin 3-4 yarpaq fazasında çilənmə. İşçi məhlul sərfi: 200-300 l/ha


60 (2)

Fərdi təsərrüfatlar üçün tətbiq reqlamenti

 

10-12 ml/3 lt su

 

Pomidor şitilləri

 

Birillik ikiləpəli taxıl fəsiləsi alaqları

Şitil sahəyə köçürüldükdən 15-20 gün sonra çiləmə. İşçi məhlul sərfi -3 lt/100 m2

                          60 (1)

Kartof (tezyetişən istisna)

Cücərtilər əmələ gələnə qədər torpağın çilənməsi.

İşçi məhlul sərfi - 3 lt/100 m2

                         60 (1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X