BETAŞANS DABL EK

BETAŞANS DABL EK

Təsiredici maddə: 160 qr/ l Fenmedifam + 160 qr/ l Desmedifam 
Şəkər çuğunduru əkinlərində birillik ikiləpəli alaq otlarının məhv edilməsi üçün herbisid.

Preparatın üstünlükləri:

  • Ağımtıl tərənin digər birillik ikiləpəli alaq otlarının məhv edilməsi üçün əvəzolunmaz preparat.
  • Südotu əleyhinə, taxıl alaqları əleyhinə digər ikiləpəlilər əleyhinə herbisidlərlə qarışdırıla bilər.
  • Tez parçalanır və növbəli əkində növbəti bitkiyə zərərli təsir göstərmir.

  Emulsiya konsentratı (EK)                        3 il.

  Kanistr, 10 l.                                           
–10 °C-dən +25 °C-dək

  Məhv edilən obyektlər: 

Yüksək həssas alaq otları: yabanı xardal, yabanı turp, yovşanyarpaq ambroziya, adi cincilim, sirkən, ağımtıl tərə, quşəppəyi, işırqan növləri, çöl yarğanotu, dalamaz növləri, adi şehçiçəyi, sarı südotu və çöl qanqalı (toxumdan böyümüş).

Orta həssas alaq otları: qırxbuğum növləri, süpürgə otu, adi pıtraq, qara quşüzümü, çəmənlik bənövşəsi, pişikdilli, yabanı xaşxaş (lalə), südləyən. Az həssas alaq otları: dərman şahtərəsi, ilişkən qatıqotu, çobanyastığı növləri, Teofrast kəndirotu, çoxçiçəkli və yabaşəkilli şehçiçəyi, bataqlıq poruğu, kök zoğlarından çıxmış çöl qanqalı və çöl südotu, çöl sarmaşığı.

  
Təsir mexanizmi: Alaq otlarını, fotosintezi zülal mübadiləsini pozaraq, erkən inkişaf fazasında məhv edir.

  
Təsir müddəti: Çiləmədən 2- 3 gün sonra, alaq bitkilərinin böyüməsi dayanır, rəngi solğunlaşır və solur. Hava şəraitindən asılı olaraq, 10- 14 gün sonra, tamamilə məhv olur.

  
Tətbiq normaları və müddətləri: Preparatı ikiləpəli alaq otlarının cücərtiləri (ləpələri) əmələ gəldiyi zaman tətbiq etməyə başlamaq məsləhətdir. Bu zaman preparatın dozası minimal ola bilər - 1 l/ ha. İkiləpəli alaq otlarının bir cüt əsl yarpağı əmələ gəldiyi zaman dozanı 1,5 l/ ha qədər artırmaq zəruridir. Çuğundurun iki əsl yarpağı əməl gəldiyi zaman 2 l/ ha, yarpaqların sayı dörd olduqda isə 3 l/ ha istifadə etmək olar.

  
İşçi məhlulun hazırlanması texnologiyası: Əvvəlcə, çiləyici qabına 300- 400 l su tökülür, daha sonra, hidroqarışdırıcı işləyə- işləyə, zəruri miqdarda preparat əlavə edilir. Qarışdırmanı dayandırmadan, çən tələb olunan həcmdə doldurulur. İş zamanı, çiləyicidə müəyyən miqdarda işçi məhlulu qaldıqda, birinci və ya su ilə eyni zamanda, çiləyici çəninə preparat tökülür. Preparatların əkinlərə çilənməsini işçi məhlulu hazırlandıqdan dərhal sonra həyata keçirmək zəruridir.

  
Preparatın effektivliyinə təsir göstərən amillər:

  •  Havanın temperaturu (optimal olan +16° С-dən +24° С-dək olan temperaturdur). Temperatur daha aşağı olduğu zaman normanı 10- 20% artırmaq zəruridir.
  • Havanın nisbi rütubəti. Havanın optimal nisbi rütubəti 60% hesab olunur. Bu göstərici daha aşağı olduğu zaman norma 20- 30% artırılır.
  • Havanın temperaturu +7°С-dən aşağı olduğu zaman çiləməni həyata keçirmək məqsədəuyğun olmur. Zərərvericilər ya dolunun çox zədələdiyi çuğundur bitkilərinə preparatı tətbiq etmək olmaz.
  • Çiləmədən 6 saat keçmədən yağış yağdığı halda, preparatın effektivliyi azala bilər.
  • Preparatın tətbiq normaları alaq otlarının inkişaf fazasından asılıdır.

  Digər preparatlarla qarışdırılması: Şəkər çuğundurunun qidalandırılması üçün istifadə olunan mikrogübrə preparatları ilə qarışdırmaq arzuolunmazdır.

  
Fitotoksikliyi: Preparat +25°С-dən yüksək temperatur şəraitində tətbiq edildikdə, çuğundurun yarpaqlarında nekrotik ləkələr və ya yanıqlar əmələ gələ bilər, buna görə çiləməni axşam, səhər və ya gecə vaxtı həyata keçirmək məsləhətdir. Xəstə və zəif əkinlərə çiləmək tövsiyə olunmur.

  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.

Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

     Bitki

 Zərərli obyekt

    Tətbiq qaydası vaxtı

 Gözləmə müddəti / tətbiqin sayı 

 

1,0

 

 

 

Şəkər çuğunduru 

 

 

 Qara tərə növləri  daxil olmaqla,   birillik ikiləpəli alaq otları

Alaq otlarının ləpə fazasında (birinci, ikinci və üçüncü dalğa üzrə) əkinlərin çilənməsi. İşçi məhlul sərfiyyatı – 100-200 l/ha.

 

                          60 (3)

 


              1,5

Alaq otlarının 2-4 yarpaq fazasında (birinci ikinci dalğa üzrə) əkinlərin çilənməsi. İşçi məhlul sərfiyyatı 100-200 l/ha.

 

                           60 (2)



3,0

 Bitkinin 4 əsl yarpaq fazasında və alaq otlarının 
 böyüməsinin ilkin fazalarında əkinlərin çilənməsi. İşçi məhlul sərfiyyatı 100-200 l/ha.

 


                       60
(1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X