Təsiredici maddə: 112 qr/ l Etofumezat + 91 qr/ l Fenmedifam + 71 qr/ l Desmedifam
Şəkər
və yem
çuğunduru əkinlərində
birillik ikiləpəli
və dənli
alaq otlarının məhv edilməsi
üçün herbisid.
Preparatın üstünlükləri:
- Birillik ikiləpəli və taxıl fəsiləsi alaqlarına qarşı geniş təsir spektrinə malikdir.
- Təsir spektrinin genişləndirilməsi üçün, çən qarışıqlarında digər herbisidlərlə mükəmməl şəkildə qarışdırılır.
- Növbəli əkin sistemində növbəti bitkisi üzərində heç bir təsiri olmur.
Emulsiya konsentratı (EK)
3 il.
Kanistr, 10 l.
–10 °C-dən +25 °C-dək
Məhv edilən obyektlər: Yüksək həssas alaqlar: yabanı xardal, yovşanyarpaq ambroziya, şüvərən
(növləri), süpürgə otu, adi cincilim, adi xaçgülü,
sirkən, adi şehçiçəyi, tərə
(növləri), qara quşüzümü, quşəppəyi,
adi işırqan, yabanı turp, çəmən kişnişi,
amarant (növləri), adi yavşan otu (bulaqotu),
dalamaz (növləri),
çöl qanqalı və sarı südotu (toxumdan böyümüş).
Orta həssas alaqlar: ilişkən qatıqotu, qırxbuğum (növləri), əkin güləvəri, kokia süpürgəsi, dirrik
südotu, toyuq darısı,
qıllıca (növləri), adi yovşan, birillik
poruq, pişikdilli, yandıran
gicitkən, adi süpürgə, adi şoran.
Az həssas alaqlar: dərman şahtərəsi, Teofrast kəndirotu, sürünən ayrıqotu, çobanyastığı (növləri), kök zoğlarından böyümüş çöl qanqalı
və sarı südotu, barmaqvari çayır, bataqlıq
poruğu, şehçiçəyi.
Təsir mexanizmi: Preparat alaq otlarının cücərtilərinin fotosintezini, zülal mübadiləsini məhv edir, hüceyrələrin bölünməsini ləngidir, mum qatının əmələ gəlməsini
dayandırır.
Təsir sürəti: Tətbiq edildikdən sonra 2- 3 gündə alaq otlarının böyüməsi
dayanır, onların rəngi solğunlaşır və turqorunu itirir. Hava
şəraitindən asılı olaraq, 7- 12 gündə, onlar tamamilə məhv olur.
Tətbiq normaları və müddətləri: Preparatı ikiləpəli alaq otlarının cücərtiləri (ləpələri) əmələ gəldiyi zaman tətbiq etməyə başlamaq
məsləhətdir. Bu zaman preparatın dozası minimal ola bilər - 1 l/ ha. İkiləpəli alaqlarda, xüsusilə də ağımtıl
tərədə birinci əsl yarpaqlar əmələ gəldiyi zaman doza 1,2- 1,3 l/
ha qədər artırılmalıdır. Preparat 1,5- 2 l/ ha dozada
yalnız şəkər çuğundurunda ən azı 4 əsl yarpaq
əmələ gəldiyi zaman tətbiq olunur.
İşçi məhlulun hazırlanma texnologiyası: çiləyici qabına 300- 400 l su doldurulur, daha sonra isə, hidroqarışdırıcı işləyə- işləyə, zəruri miqdarda preparat
əlavə edilir. Qarışdırmanı
dayandırmadan, çən tələb olunan həcmdə doldurulur. İş zamanı,
çiləyicidə müəyyən miqdarda işçi məhlulu
qaldıqda, birinci və ya su ilə eyni zamanda, çiləyici çəninə preparat
tökülür. Preparatların əkinlərə çilənməsini
işçi məhlulu hazırlandıqdan dərhal sonra həyata keçirmək zəruridir.
Çiləyicinin təmizlənməsi: Betaşans Trio tətbiq edildikdən sonra, çiləyicini
əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan
(yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Digər preparatlara qarışdırılması: Şanstrel 300, Karişans, Kletoşans, Qaloşans, Duşans və
digər herbisidlərlə, habelə, insektidilərlə, fungisidlərlə,
böyümə
stimulyatorları ilə qarışdırıla bilər, mikrogübrə
preparatları ilə qarışdırmaq arzuolunmazdır.
Preparatları qarışdırmazdan öncə, həmişə, fiziki-
kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- Havanın temperaturu (optimal olan +16° С-dən +24° С-dək olan temperaturdur). Temperatur daha aşağı olduğu zaman normanı 10- 20% artırmaq zəruridir.
- Havanın nisbi rütubəti. Havanın optimal nisbi rütubəti 60%-dən çox nisbi rütubət hesab olunur. Bu göstərici daha aşağı olduğu zaman normanı 20- 30% artırın.
- Havanın temperaturu +7 °С-dən aşağı olduğu zaman çiləməni həyata keçirmək məqsədəuyğun deyil, zərərvericilər və ya dolunun çox zədələdiyi çuğundur bitkilərinə preparatı tətbiq etmək olmaz.
- Preparat tətbiq edilməzdən öncə və tətbiq edildikdən sonra şaxtanın düşməsi. Gecə şaxtanın düşəcəyi ehtimal olunduğu zaman preparatı tətbiq etmək məqsədəuyğun deyil, çünki bu şəkər çuğundurunun məhv olmasına səbəb ola bilər.
- Çiləmədən 6 saat keçmədən yağış yağdığı halda, preparatın effektivliyi azala bilər.
- Preparatın tətbiq normaları alaq otlarının inkişaf fazasından asılıdır.
Fitotoksikliyi: Temperatur +25° С-dən yüksək olduqda preparat tətbiq edildiyi zaman çuğundurun yarpaqlarında nekrotik ləkələr və ya
yanıqlar əmələ gələ bilər. Buna görə, çiləməni axşam, səhər və ya gecə vaxtı həyata keçirmək
zəruridir.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə
sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
1,0
|
|
|
Bitkinin 4 həqiqi yarpaq fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 100-200 l/ha. |
60 (1) |
|
|
Alaq otlarının 2-4 həqiqi yarpaq fazasında (birinci və ikinci dalğa üzrə) əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha. |
60 (2) |
||
|
|
Alaq otlarının ləpə fazasında (birinci, ikinci və üçüncü dalğa üzrə) əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 100-200 l/ha. |
60 (3) |