Təsiredici maddə:
240 qr/
Kletodim
Şəkər çuğunduru,
soya əkinlərində birillik və çoxillik taxıl fəsiləsi alaq otlarının məhv edilməsi üçün herbisiddir.
Preparatın üstünlükləri:
- Preparat, digər herbisidlərlə müqayisədə, hava şəraitindən daha az asılılıq nümayiş etdirir.
- Növbəli əkinin növbəti bitkisinə zərərli təsir göstərmir.
- Birillik taxıl alaqlarının məhv edilməsi üçün iqtisadi cəhətdən sərfəli preparat.
Emulsiya konsentratı (EK)
3 il.
Kanistr, 10 l.
–10 °C-dən +30 °C-dək
Məhv edilən obyektlər: Birillik və çoxillik dənli alaq otları
Təsir mexanizmi: Kletoşans sistemik herbisiddir. Bitkilərə yarpaqlardan və gövdələrdən nüfuz edir, kök sisteminə doğru hərəkət edir. Böyümə nöqtələrində toplanır. Lipidlərin
sintezini blok edir.
Təsir sürəti və zədələmə əlamətləri:
Çiləmədən 1- 2 gün sonra həssas alaqların böyüməsi dayanır. 3- 7 gündə
yarpaqlar solğun rəng alır, buğumaralarında
böyümə nöqtələri boz rəng alır və məhv
olur. Bitki, hava şəraitindən asılı olaraq, 8- 12 gündə tamamilə məhv olur.
Bu zaman bitkilərin sadəcə yerüstü hissəsi deyil, həmçinin yeraltı hissəsi (kökümsovları) məhv olur.
Təsir (məhvetmə) sürətinə görə, Kletoşans
digər qraminisidlərdən üstündür.
Tətbiq normaları və müddətləri: Preparatı dənli alaq otlarının cücərtiləri əmələ gəldiyi
zaman, bir qayda olaraq,
birilliklərdə - 2- 6 yarpaq fazasında,
çoxilliklərdə - bitkinin inkişaf fazasından
asılı olmayaraq, hündürlüyü 15- 20 sm olduqda,
tətbiq etməyə başlayırlar. Çiləməni alaq otları aktiv şəkildə böyüdüyü
dövrdə, +25° С-dən yüksək
olmayan temperatur şəraitində həyata keçirmək
məsləhətdir. Temperatur daha yüksək olduğu halda, çiləməni axşam, gecə və səhər vaxtı həyata keçirmək zəruridir. Preparatın minimal norması birillik alaq otlarının məhv edilməsi üçün istifadə olunur. Alaqlanma
dərəcəsi yüksək olduğu və alaqlar
həddindən artıq uzandığı zaman doza artırılır.
İşçi məhlulun
hazırlanma texnologiyası: Əvvəlcə, çiləyici çəninə 300- 400 l su doldurulur. Daha
sonra, hidroqarışdırıcı işləyə- işləyə tələb olunan miqdarda preparat tökülür. Adyuvant işçi məhluluna son olaraq, çiləyici çənində 200 -300 l su əlavə edəcək qədər yer qaldıqda əlavə edilir. Əmələ gələn
köpüyün azaldılması üçün, adyuvantı işçi məhluluna çöp vasitəsilə 0,8- 1 m tökmək
məsləhətdir.
Çiləyicinin təmizlənməsi: Kletoşans tətbiq edildikdən sonra,
çiləyicini əvvəlcə təmiz su ilə, daha
sonra isə susuzlaşdırılmış sodadan (yuyucu
tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- Havanın temperaturu. +16° С-dən +24° С-dək olan temperatur optimaldır. Preparatı daha aşağı temperatur şəraitində istifadə etmək olar, lakin temperatur +10°С-dən aşağı olmalı deyil. Bu zaman dozanı 10- 15% artırmaq məsləhətdir.
- Havanın optimal nisbi rütubəti, preparat tətbiq edilərkən, 60- 80 % təşkil edir. Bu amilin göstəriciləri daha aşağı olduğu halda, norma 15- 20% artırılır.
- Çiləmədən sonra 1 saat ərzində yağan yağıntılar preparatın effektivliyini aşağı salmır.
- Çoxillik alaqların daha effektiv şəkildə məhv edilməsi məqsədilə, sıralararası çiləməni ən tezi çiləmədən 10- 14 gün sonra həyata keçirmək məsləhətdir.
Fitotoksiklik: Kletoşans istifadə reqlamentinə uyğun olaraq istifadə edildiyi zaman becərilən
bitkilərə toksik təsirin göstərilməsi müşahidə olunmur.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə
sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
|
|
Bitkinin inkişaf fazasından |
|
|
|
|
|
asılı olmayaraq alaq otlarının |
|
|
0,2-0,4 |
|
Birillik taxıl fəsiləsi alaqları |
2-6 yarpaq fazasında 0,1 l/ha Silvoşans SAM əlavə etməklə |
|
|
|
Şəkər |
|
əkinlərin çilənməsi. İşçi məhlul |
|
|
|
çuğunduru, |
|
sərfi – 200-300 l/ha. |
|
|
|
soya, |
|
|
|
|
|
|
|
60 (1) |
|
|
|
pambıq, |
|
|
|
|
|
yazlıq |
|
Bitkinin inkişaf fazasından |
|
|
|
payızlıq raps |
Çoxillik taxıl |
asılı olmayaraq sürünən ayrıq |
|
|
|
kartof, soğan |
fəsiləsi alaqları, |
otunun hündürlüyü 10-20 sm |
|
|
0,7-1,0 |
|
o cümlədən |
olan zaman 0,1 l/ha Silvoşans |
|
|
|
|
sürünən |
SAM əlavə etməklə əkinlərin |
|
|
|
|
ayrıqotu |
çilənməsi. İşçi məhlul sərfi – |
|
|
|
|
|
200-300 l/ha. |
|