Təsiredici maddə:
240 q/l
Oksifluorfen
Soğan və günəbaxanın əkinində birillik ikiləpəli alaq otlarının məhv edilməsi üçün kontakt herbisid.
Preparatın üstünlükləri:
- Yetişdirilən bitkilərə fitotoksik təsirin olmaması.
- Növbəli əkin sistemində sonrakı bitki üçün təhlükəsizdir.
- Yetişdiirlən bitkinin vegetasiyası boyu istifadə edilən, lakin torpaq aktivliyi olan yüksəkeffekli preparat. Soğanın becərilməsində əvəzolunmazdır.
- Günəbaxanın intensiv becərilməsndə onun qorunması üçün ən effektiv herbisiddir.
- Tez kontaktlı və müsbət torpaq təsiri.
- Torpağa əkilməsinə (torpaqla örtülməsinə) ehtiyac yoxdur.
- Çən qatışıqlarında digər herbisidlərlə istifadə edilməsi mümkündür.
- Ambroziya və sirkən növləri daxil olmaqla, ikiləpəli alaq otlarına geniş təsir etmə spektri var.
Emulsiya konsentratı (EK).
2 il.
Kanistr, 10 l.
–10 °C-dən +25 °C-dək
Məhv edilən obyektlər:
Yüksək həssas alaq otları: yovşanyarpaqlı ambroziya, ağ sirkən, qırxbuğum (növləri), Deskurayniya Sofiyi, Teofrast çatıotu, caynaqlı qatıqotu, bostan pərpərəngi, çobanyastığı (növləri), çöl bənövşəyi, quşəppəyi, birillik poruq, qatlanan sumbağı, fır-fır
(al-qırmızı) dalamaz (ballıbaba), çöl xardalı, tatar qarabaşağı, yabanı turp, bostan süd otu və s.
Orta həssas alaq otları: iynəli pıtraq, adi tatla (dəli bəng (bihuşdan)), çöl sarmaşığı və s. Təsir etmə mexanizmi:
Preparat alaq otlarında fotosintez və maddələ mübadiləsi
prosesini pozur. Kontakt təsirə malikdir və buna görə bitkinin damar sistemi
ilə daxilə nüfuz etmir. Maksimal təsirə nail olmaq üçün çiləmə
aparılan alaq otları və torpağın
səthinə herbisidin bərabər ölçüdə paylaşdırılması vacibdir, yəni çiləmə keyfiyyətli şəkildə aparılmalıdır. Təsir etmə sürəti:
Cücərti əmələ gəldikdən sonra istifadə edildikdə oksifluorfen
alaq otlarına birbaşa təsir edir, 2-3
gün çiləmədən sonra alaq otlarında xloroz və nekroz baş verir. 1-2 həftə sonra alaq otları məhv olur. Alaq
otların cücərtiləri praktiki olaraq dərhal ölür. Qoruyucu
təsir müddəti
Preparat həssas vegetasiya edən (boy atan və yetişən) alaq otlarını məhv edir. Torpağın
təsiri sayəsində preparat vegetasiya dövrü boyu yeni dalğaların əmələ gəlməsini
tutub saxlayır. İstifadəsinə dair tövsiyələr:
Soğan bitkisinin səpilənməya 2-3-cü yarpağı
fazasında çiləmə aparılır. Günəbaxanın səpinində
torpağın çilənməsi bitkinin cücərtiləri çıxmazdan əvvəl aparılır. Herbisidin bərabər ölçüdə çiləməsi yçox vacibdir. Zəmin üçün torpaq topasız və bitki qalıqları olmadan, nəm, havanın
temperaturu +10oC şəraitində hazırlanmalıdır. Soğan cücərtilərinin
çilənməsi, əgər ondan 3-4 saat sonra yağışın
olması gözlənilərsə və ya bitki
boğulmuş vəziyyətdə qalarsa, çiləmə təxirə salınmalıdır. Çilənmədən sonra
2 həftə ərzində maksimum
herbisid effektinə nail olmaq üçün cərgəarası emalı istisna etmək lazımdır. Digər preparatlarla uyğunluq: Bosfor, KE preparatı bir çox herbisidlərlə, o cümlədən qraminisidlərlə uyğunlaşa bilir. Günəbaxan bitkisində Duşans, KE ilə qarışdırıldıqda yüksək effekti olur.
Fitotoksikliyi: Preparat tövsiyyə edilən
reqlamentlərə əməl edildikdə bitkiyə
toksiki təsir göstərmir.
Təhlükə sinfi: 3-cü təhlükə sinfi, arılar üçün 3-cü təhlükə sinfi
Kimyəvi
sinfi: difenil efirləri
Tətbiq qaydaları
|
İstifadə norması, kq/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq etmə üsulu, vaxtı, istifadə xüsusiyyətləri |
Gözləmə müddəti (tətbiq sayı) |
|
0,5 |
Bütün növ soğanları |
Birillik ikiləpəli alaq otları |
Bitkinin 2 yarpaq fazasında əkinlərin çilənməsi. |
|
|
|
Bitkinin 3 yarpaq fazasında əkinlərin |
|
||
|
1,0 |
|
|
|
60 (1) |
|
|
|
|
|
|
|
0,8-1,0 |
Günəbaxan (toxumluq, yağlıq) |
Torpağın bitkinin cücərtiləri görünənədək çilənməsi. |
||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|