ŞANTUS SDQ

ŞANTUS SDQ

Təsiredici maddəsi: 250 qr/kq Rimsulfuron 
Qarğıdalı kartof əkinlərində birillik çoxillik taxıl bəzi ikiləpəli alaq otların məhv edilməsi üçün tətbiq olunan herbisid.

Preparatın üstünlükləri:

  • Qarğıdalı və kartof əkinlərində birillik və çoxillik taxıl və bəzi birillik ikiləpəli alaq bitkilərinin məhv edilməsi zamanı yüksək effektivlik göstərir.
  • Alaq bitkilərinin sadəcə yerüstü deyil, həmçinin yeraltı hissəsini zədələyir.
  • Növbəli əkinin digər bitkilərinin becərilməsi üzrə məhdudiyyətləri yoxdur.

 Suda dispersiya olan qranul (SDQ).                      3 il.

  Kanistr, 0,5 kq.                                                    
–30°C-dən +30°C-dək


  
Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar: qıllıca (növləri), darı, tülküquyruq, yulafca, girdə topalaq, sürünən ayrıqotu, çöl qanqalı, qaratərə (növləri), Teofrast kəndirotu, çobanyastığı (növləri), quşəppəyi, yabanı turp, yabanı xardal, adi cincilim, dərman şahtərəsi.
Orta həssas alaqlar: ağımtıl tərə, qırxbuğum (növləri), ambroziya (növləri), pıtraq (növləri), sirkən (növləri).

Az həssas alaqlar: çöl sarmaşığı, çəmənlik bənövşəsi, çöl qatırquyruğu, qara quşüzümü.

  

Təsir mexanizmi: Preparat yarpaqlar tərəfindən tez bir zamanda udulur, damar sistemi ilə bitkinin bütün orqanlarına hərəkət edir və böyümə nöqtələrində yığılır. Preparatın təsiredici maddəsi bütün taxıl bəzi ikiləpəli alaqlarda asetolaktatsintaz fermentini blok edir.

  
Təsir sürəti və zədələmə əlamətləri: Tətbiq edildikdən bir neçə saat sonra, həssas bitkilərin böyüməsi və becərilən bitkilərlə rəqabətləri dayanır. 2-3 gündən sonra, yarpaqlar solğun rəng almağa və solmağa başlayır. Bitkinin tamamilə məhv olması, havadan, növ tərkibindən və onların fazalarından asılı olaraq, 6-20 gündə müşahidə edilir.

  
Tətbiq normaları müddətləri: Şantus birillik taxıl alaqlarını 1-4 yarpaq fazasında; çoxillik taxıl alaqlarını (ayrıqotu s.) hündürlüyü 10-15 sm olduqda; birillik ikiləpəli alaqları isə «ləpə - 4 yarpaq» dövründə effektiv şəkildə məhv edir. Çiləmə ən geci qarğıdalının 5-6 yarpağı əmələ gələndə həyata keçirilir. Kartof alaqların erkən inkişaf fazalarında dibin doldurulmasından sonra tətbiq olunur. Birillik taxıl alaqlarının məhv edilməsi üçün 40 qr/ ha, çoxillik taxıl alaqlarının məhv edilməsi üçün isə - 50 qr/ ha tətbiq edilir. Preparatın hissə - hissə, alaqların birinci və ikinci dalğası üzrə, 30 qr/ ha + 20 qr /ha tətbiq edilməsi mümkündür. Şantusun işçi məhluluna mütləq Silvoşans adyuvantı əlavə edilir – 0,1 l/ ha.
Hibrid qarğıdalının, habelə şəkər çuğundurunun toxum əkinlərini Şantusla çiləmək tövsiyə olunmur.

  
İşçi məhlulun hazırlanması texnologiyası: Əvvəlcə, çiləyici qabına 300- 400 l su doldurulur, hidroqarışdırıcı işləyə-işləyə, çənə Şantusun əsas məhlulu tökülür. Daha sonra, qarışdırmaq şərtilə, su tökülür. Tam dolana qədər 200- 300 litr qaldıqda, çiləyiciyə adyuvant çatışmayan miqdarda su tökülür. Əsas məhlul aşağıdakı üsulla hazırlanır: vedrəyə 3-4 litr su tökülür. Daha sonra preparat çiləyicinin bir dəfəlik dolumu üçün lazımi miqdarda əlavə edilir. Yaxşıca qarışdırılır və 7-8 l qədər su əlavə olaraq tökülür. Daha sonra, hazırlanmış əsas məhlul çiləyici çəninə tökülür. Vedrənin yaxalanması zamanı istifadə olunmuş su da çiləyiciyə tökülür.

  
Çiləyicinin təmizlənməsi: Şantus tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250- 300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.

  
Preparatın effektivliyinə təsir göstərən amillər:

  • Preparatın maksimal effektivliyi əlverişli hava şəraitində çiləmə zamanı əldə edilir: torpağın havanın optimal nisbi rütubəti, +15°С-dən +25°С-dək olan hava temperaturu şəraitində.
  • Emaldan sonra yaxın müddət ərzində havanın temperaturunun +6°С-dək enəcəyi ehtimalı varsa, Şantusu tətbiq etmək məqsədəuyğun deyil.
  • Alaqlar həddindən çox böyüdükdə zibillənmə sıxlığı yüksək olduqda, habelə, quraqlıq şəraitində çiləmə zamanı preparatın norması 20- 25% artırılır, Şans-90 - 0,3 l/ ha qədər, işçi məhlul - 300 l/ ha qədər.
  • Şeh və ya yağış səbəbi ilə islanmış bitkilərə çiləmək tövsiyə olunmur.
  • Emaldan 4 saat sonra yağan yağış preparatın effektivliyini azaltmayacaq.

  Digər preparatlarla uyğunluğu: Şantus sərbəst tətbiq zamanı yüksək effektiv herbisiddir. Lakin, alaqlara, xüsusilə çox zibillənmiş qarğıdalı əkinlərində, təsir spektrinin genişləndirilməsi üçün, onu Şans DKB preparatı ilə qarışdırmaq olar. Şantus preparatı böyümə tənzimləyiciləri, insektisidlər, fungisidlər mikrogübrələrə uyğundur. Çən qarışıqları hazırlanmazdan öncə, komponentlərin fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.

  
Növbəli əkin üzrə məhdudiyyət: Çiləmədən sonra gələn növbəti il istənilən bitkini əkmək olar.

  
Fitotoksiklik: Reqlamentlə tövsiyə olunan normalarda preparat bitkiyə toksik təsir göstərmir. Fosforlu üzvi insektisidlərlə çiləmədən əvvəl sonra 14 gün ərzində Şantusu istifadə etmək olmaz. Kartofun cavan yarpaqlarında sarılıq əmələ gələ tez bir zamanda keçə bilər ki, bu da yumruların məhsuldarlığına keyfiyyətinə təsir göstərmir.

  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.

  Z
əmanətin qüvvədə olduğu saxlama müddəti: 3 il. Zavod qablaşdırmasında -30 °C-dən +30 °C-dək olan temperatur şəraitində saxlayın.




Tətbiq qaydaları

Preparatın tətbiq norması, kq/ha

     Bitki

   Zərərli obyekt

                  Tətbiq qaydası vaxtı

Gözləmə müddəti  tətbiqin sayı

 
           0,04

 

 


   Qarğıdalı

 
Birillik taxıl fəsiləsi ikiləpəli alaqlar

Bitkilərin 2-6 yarpaq fazasında və alaqların böyüməsinin erkən fazalarında əkinlərin çilənməsi 200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda. İşçi məhlul sərfi- 200-300 l/ha.

 

 

                         60 (1)

 

0,05

 


Çoxillik birillik
taxıl fəsiləsi ikiləpəli alaqlar

Bitkilərin 2-6 yarpaq fazasında dənli bitkilərin 10-15 sm hündürlüyü zamanı südotunun çiçək açma fazasında əkinlərin çilənməsi-200 ml/haŞans-90, J (SAM) preparatı ilə qatışıqda.

İşçi məhlul sərfi-

200-300 l/ha.

 

      0,03+0,02

Bitkilərin 2-6 yarpaq fazasında əkinlərin çilənməsi. 200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda alaqların birinci və ikinci dalğa üzrə (interval 10-20 gün) çilənmə. İşçi məhlul sərfi- 200-300 l/ha.


60 (2)

 

0,05

 

 

Kartof






Çoxillik (ayrıq), birillik taxıl fəsiləsi və bəzi ikiləpəli alaqlar

Birillik alaqların erkən inkişaf fazalarında (1-4 yarpaq) və ayrığın 10-15 sm hündürlüyü zamanı 200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda dibini yumşaltmadan sonra əkilmiş bitkilərin çilənməsi. İşçi məhlul sərfi-

200-300 l/ha.

 

60 (1)

 

       0,03+0,02

200 ml/ha Şans-90, J (SAM) preparatı ilə qatışıqda alaqların birinci dalğa üzrə və təkrarən ikinci dalğa üzrə dibini yumşaltmadan sonra əkilmiş bitkilərin çilənməsi. İşçi məhlulun sərfi- 200-300 l/ha.


60 (2)

  
  40,0-50,0 q/ ha

 

    Pomidor

Çoxillik birillik taxıl fəsiləsi ikiləpəli alaqlar

Mədəni bitkinin 2-6 yarpaq alaq otlarının ilkin inkişaf fazasında 200 ml/ha Şans-90J-nin (SAM) qarışığı ilə əkinlərin çilənməsi. Işçi məhlul sərfi-200-300 l/ha

 
                          60 (1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X