BOSFOR EK

Təsiredici maddə: 240 q/l Oksifluorfen
Soğan günəbaxanın əkinində birillik ikiləpəli alaq otlarının məhv edilməsi üçün kontakt herbisid.


Preparatın üstünlükləri:

  • Yetişdirilən bitkilərə fitotoksik təsirin olmaması.
  • Növbəli əkin sistemində sonrakı bitki üçün təhlükəsizdir.
  • Yetişdiirlən bitkinin vegetasiyası boyu istifadə edilən, lakin torpaq aktivliyi olan yüksəkeffekli preparat. Soğanın becərilməsində əvəzolunmazdır.
  • Günəbaxanın intensiv becərilməsndə onun qorunması üçün ən effektiv herbisiddir.
  • Tez kontaktlı və müsbət torpaq təsiri.
  • Torpağa əkilməsinə (torpaqla örtülməsinə) ehtiyac yoxdur.
  • Çən qatışıqlarında digər herbisidlərlə istifadə edilməsi mümkündür.
  • Ambroziya və sirkən növləri daxil olmaqla, ikiləpəli alaq otlarına geniş təsir etmə spektri var.


  Emulsiya konsentratı (EK).             2 il.

  Kanistr, 10 l.                                   
–10 °C-dən +25 °C-dək


  
Məhv edilən obyektlər:

Yüksək həssas alaq otları: yovşanyarpaqlı ambroziya, ağ sirkən, qırxbuğum (növləri), Deskurayniya Sofiyi, Teofrast çatıotu, caynaqlı qatıqotu, bostan pərpərəngi, çobanyastığı (növləri), çöl bənövşəyi, quşəppəyi, birillik poruq, qatlanan sumbağı, fır-fır

(al-qırmızı) dalamaz (ballıbaba), çöl xardalı, tatar qarabaşağı, yabanı turp, bostan süd otu və s.
Orta həssas alaq otları: iynəli pıtraq, adi tatla (dəli bəng (bihuşdan)), çöl sarmaşığı və s.

  
Təsir etmə mexanizmi:
Preparat alaq otlarında fotosintez maddələ mübadiləsi prosesini pozur. Kontakt təsirə malikdir və buna görə bitkinin damar sistemi ilə daxilə nüfuz etmir. Maksimal təsirə nail olmaq üçün çiləmə aparılan alaq otları və torpağın səthinə herbisidin bərabər ölçüdə paylaşdırılması vacibdir, yəni çiləmə keyfiyyətli şəkildə aparılmalıdır.

  
Təsir etmə sürəti:
Cücərti əmələ gəldikdən sonra istifadə edildikdə oksifluorfen alaq otlarına birbaşa təsir edir, 2-3 gün çiləmədən sonra alaq otlarında xloroz və nekroz baş verir. 1-2 həftə sonra alaq otları məhv olur. Alaq otların cücərtiləri praktiki olaraq dərhal ölür.

  
Qoruyucu təsir müddəti
Preparat həssas vegetasiya edən (boy atan yetişən) alaq otlarını məhv edir. Torpağın təsiri sayəsində preparat vegetasiya dövrü boyu yeni dalğaların əmələ gəlməsini tutub saxlayır.

  
İstifadəsinə dair tövsiyələr:
Soğan bitkisinin səpilənməya 2-3-cü yarpağı fazasında çiləmə aparılır. Günəbaxanın səpinində torpağın çilənməsi bitkinin cücərtiləri çıxmazdan əvvəl aparılır. Herbisidin bərabər ölçüdə çiləməsi yçox vacibdir. Zəmin üçün torpaq topasız bitki qalıqları olmadan, nəm, havanın temperaturu +10oC şəraitində hazırlanmalıdır. Soğan cücərtilərinin çilənməsi, əgər ondan 3-4 saat sonra yağışın olması gözlənilərsə və ya bitki boğulmuş vəziyyətdə qalarsa, çiləmə təxirə salınmalıdır. Çilənmədən sonra 2 həftə ərzində maksimum herbisid effektinə nail olmaq üçün cərgəarası emalı istisna etmək lazımdır.

  
Digər preparatlarla uyğunluq: Bosfor, KE preparatı bir çox herbisidlərlə, o cümlədən qraminisidlərlə uyğunlaşa bilir. Günəbaxan bitkisində Duşans, KE ilə qarışdırıldıqda yüksək effekti olur.

  
Fitotoksikliyi: Preparat tövsiyyə edilən reqlamentlərə əməl edildikdə bitkiyə toksiki təsir göstərmir.

  Təhlükə sinfi: 3-cü təhlükə sinfi, arılar üçün 3-cü təhlükə sinfi

  
Kimyəvi sinfi: difenil efirləri



Tətbiq qaydaları

İstifadə norması, kq/ha

      Bitki

 Zərərli obyekt  

Tətbiq etmə üsulu, vaxtı, istifadə xüsusiyyətləri

Gözləmə müddəti  (tətbiq sayı)

             0,5

   Bütün növ soğanları
 
(göy soğandan başqa)  

         Birillik   ikiləpəli alaq otları  

Bitkinin 2 yarpaq fazasında əkinlərin çilənməsi.
                İşçi maye sərfi 200-300 l/ha

 

 

           Bitkinin 3 yarpaq fazasında əkinlərin
  çilənməsi.
 İşçi maye sərfi 200-300 l/ha

 

1,0




 

 

60 (1)

 

 


 

 

          0,8-1,0

  Günəbaxan (toxumluq, yağlıq)  

 Torpağın bitkinin cücərtiləri görünənədək çilənməsi. 
İşçi aye sərfi 200-300 l/ha

 


 


 



 


 

 


 


 

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X