Təsiredici
maddə: 160
qr/ l Fenmedifam
+ 160 qr/
l Desmedifam
Şəkər çuğunduru
əkinlərində birillik ikiləpəli alaq otlarının məhv edilməsi üçün herbisid.
Preparatın üstünlükləri:
- Ağımtıl tərənin və digər birillik ikiləpəli alaq otlarının məhv edilməsi üçün əvəzolunmaz preparat.
- Südotu əleyhinə, taxıl alaqları əleyhinə və digər ikiləpəlilər əleyhinə herbisidlərlə qarışdırıla bilər.
- Tez parçalanır və növbəli əkində növbəti bitkiyə zərərli təsir göstərmir.
Emulsiya konsentratı (EK)
3 il.
Kanistr, 10 l.
–10 °C-dən +25 °C-dək
Məhv edilən obyektlər:
Yüksək həssas alaq otları: yabanı xardal, yabanı turp, yovşanyarpaq ambroziya, adi cincilim, sirkən, ağımtıl tərə, quşəppəyi, işırqan növləri, çöl yarğanotu, dalamaz növləri, adi şehçiçəyi, sarı südotu və çöl qanqalı (toxumdan böyümüş).
Orta həssas alaq otları: qırxbuğum növləri, süpürgə otu, adi
pıtraq, qara quşüzümü, çəmənlik bənövşəsi, pişikdilli, yabanı xaşxaş (lalə), südləyən. Az
həssas alaq otları: dərman şahtərəsi, ilişkən qatıqotu, çobanyastığı növləri, Teofrast
kəndirotu, çoxçiçəkli və yabaşəkilli
şehçiçəyi, bataqlıq poruğu, kök
zoğlarından çıxmış çöl qanqalı və çöl südotu,
çöl sarmaşığı. Təsir mexanizmi: Alaq otlarını, fotosintezi və zülal mübadiləsini pozaraq, erkən inkişaf
fazasında məhv edir.
Təsir müddəti: Çiləmədən 2- 3 gün sonra, alaq bitkilərinin böyüməsi
dayanır, rəngi solğunlaşır və solur. Hava şəraitindən asılı olaraq, 10- 14 gün sonra, tamamilə məhv olur.
Tətbiq normaları və müddətləri: Preparatı ikiləpəli alaq otlarının cücərtiləri (ləpələri) əmələ gəldiyi zaman tətbiq etməyə başlamaq
məsləhətdir. Bu zaman preparatın dozası minimal ola bilər - 1 l/ ha.
İkiləpəli alaq otlarının bir cüt əsl yarpağı əmələ
gəldiyi zaman dozanı 1,5 l/ ha qədər artırmaq zəruridir.
Çuğundurun iki əsl yarpağı əməl gəldiyi zaman 2 l/ ha, yarpaqların sayı dörd olduqda isə 3 l/ ha istifadə etmək olar.
İşçi məhlulun hazırlanması texnologiyası: Əvvəlcə, çiləyici qabına 300- 400 l su tökülür, daha sonra, hidroqarışdırıcı işləyə-
işləyə, zəruri miqdarda preparat əlavə edilir. Qarışdırmanı dayandırmadan, çən tələb olunan həcmdə doldurulur. İş zamanı,
çiləyicidə müəyyən miqdarda işçi məhlulu
qaldıqda, birinci və ya su ilə eyni zamanda, çiləyici çəninə preparat tökülür. Preparatların əkinlərə çilənməsini işçi məhlulu hazırlandıqdan dərhal sonra həyata keçirmək zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- Havanın temperaturu (optimal olan +16° С-dən +24° С-dək olan temperaturdur). Temperatur daha aşağı olduğu zaman normanı 10- 20% artırmaq zəruridir.
- Havanın nisbi rütubəti. Havanın optimal nisbi rütubəti 60% hesab olunur. Bu göstərici daha aşağı olduğu zaman norma 20- 30% artırılır.
- Havanın temperaturu +7°С-dən aşağı olduğu zaman çiləməni həyata keçirmək məqsədəuyğun olmur. Zərərvericilər və ya dolunun çox zədələdiyi çuğundur bitkilərinə preparatı tətbiq etmək olmaz.
- Çiləmədən 6 saat keçmədən yağış yağdığı halda, preparatın effektivliyi azala bilər.
- Preparatın tətbiq normaları alaq otlarının inkişaf fazasından asılıdır.
Digər
preparatlarla qarışdırılması: Şəkər çuğundurunun qidalandırılması üçün istifadə olunan mikrogübrə preparatları ilə qarışdırmaq arzuolunmazdır.
Fitotoksikliyi: Preparat +25°С-dən yüksək temperatur
şəraitində tətbiq edildikdə, çuğundurun yarpaqlarında nekrotik ləkələr və ya yanıqlar
əmələ gələ bilər, buna görə çiləməni axşam, səhər və ya gecə vaxtı həyata keçirmək
məsləhətdir. Xəstə və zəif əkinlərə
çiləmək tövsiyə olunmur.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
1,0 |
Şəkər çuğunduru |
Qara tərə növləri də daxil olmaqla, birillik ikiləpəli alaq otları |
Alaq otlarının ləpə fazasında (birinci, ikinci və üçüncü dalğa üzrə) əkinlərin çilənməsi. İşçi məhlul sərfiyyatı – 100-200 l/ha. |
60 (3) |
|
|
Alaq otlarının 2-4 yarpaq fazasında (birinci və ikinci dalğa üzrə) əkinlərin çilənməsi. İşçi məhlul sərfiyyatı – 100-200 l/ha. |
60 (2) |
||
|
|
Bitkinin 4 əsl yarpaq fazasında və alaq otlarının |
|