Təsiredici maddə: 500 qr/ l MCPA turşusu (Dimetilamin, Kalium və Natrium duzlarının qarışığı)
Selektiv
sistemik herbisid.
Preparatın üstünlükləri:
- Birillik ikiləpəli alaq otlarının geniş spektrini effektiv şəkildə zədələyir.
- Universallığa və istifadə sadəliyinə malikdir.
- Yonca əkin altı ilə dənli bitkilərdə alaq otları ilə mübarizədə əvəzolunmazdır.
Suda həll olunan konsentrat (SHK)
3 il.
Kanistr, 10 l.
0 °С-dən +30 °С-dək
Məhv edilən obyektlər: Aqroşans uğurla sikuta
durnaotunu, yovşanyarpaq ambroziyanı, əkin güləvərini, şüvərən növlərini, yabanı
xardalı, süpürgə otunu,
şəbbugülü sarılıqotunu,
qamışkimilərini, xaçgülünü, tərə, işırqan,
baqəvəri növlərini, quşəppəyini, bataqlıq qurucasını,
qatlanan qaratərəni, birillik poruğu,
al dalamazı, çöl
yarğanotunu və s.
məhv edir. Südotuna, şehçiçəyinə, şahtərəyə,
qırxbuğumlara, çobanyastığına,
qatırquyruğuna təsir göstərir. Təsir mexanizmi: Aqroşans sistemli herbisiddir, yarpaqlar onu sorur və o, alaq otunun yerüstü
orqanlarına və kök sisteminə təsir göstərir. Preparat böyümə maddələrinin və fermentlərinin sintezini
boğur,
fotosintez və tənəffüs
proseslərini məhv edir.
Təsir sürəti:
Çiləmə anından etibarən
3- 7 gündən sonra alaqların nəzərə çarpan şəkildə məhv edilməsinə səbəb olur, onların tamamilə
məhv olması 2- 3 həftədən
sonra baş verir. Minimal herbisid
effekti +15° С-dən başlayan
temperatur şəraitində
azillik ikiləpəlilərin erkən inkişaf
fazalarında və çoxillik kök alaq otlarının rozet fazasında, çiləmə zamanı əldə olunur. Quraqlıq
hava şəraitində, effektivlik azalır,
çünki preparatın bitkiyə nüfuz etməsi pisləşir.
Təsir müddəti: Aqroşans çiləmədən etibarən yeni alaq otları
dalğası yaranana qədər
olan müddət ərzində əkinlərin müdafiəsini təmin edir.
Tətbiq normaları və müddətləri: Aqroşans hormonal təsir növlüdür. Alaq otlarının erkən inkişafı fazalarında (2- 5 yarpaq),
onlar aktiv şəkildə böyüdüyü zaman daha effektiv olur. Çiləməni növbəti 6 saat ərzində yağıntı yağma təhlükəsi olduğu zaman, habelə, +20° С-dən yüksək temperatur şəraitində həyata keçirmək məsləhət deyil.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə çiləmədən əvvəl hazırlanır. Əvvəlcə, çiləyici çəninə təxminən 1/3 hissəsi qədər su tökülür, daha sonra, qarışdırıcı işləyə-işləyə, zəruri miqdarda preparat tökülür. Həmcins kütlə alınana
qədər
qarışdırılır, tam dolana
qədər su ilə doldurulur.
Boş
tara iki dəfə su ilə yaxalanır, içindəkilər çiləyici
çəninə tökülür.
Çiləyicinin təmizlənməsi: Aqroşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə 100 l suya 250-300
qr. soda hesabı ilə
hazırlanmış susuzlaşdırılmış soda məhlulu
(yuyucu toz) ilə yumaq zəruridir.
Digər preparatlarla qarışdırılması: Preparat başqa mikrogübrələrlə və neytral reaksiyaya malik fungisidlərlə qarışdırıla bilər. Üzvi həlledicilər əsasında hazırlanmış preparatlarla qarışdırıla bilməz.
Fitotoksiklik: Aqroşans maksimal sərfiyyat dozalarında kətanda, noxudda və kartofda vegetasiya olunan bitkilərin üzərində tətbiq
edildikdə, tətbiqdən sonrakı ilk günlərdə herbisidin təsirinin
mənfi əlamətlərinin əmələ gəlməsi mümkündür. Kətanda bu özünü bitkilərin hündürlüyünün azalması və kətan samanı keyfiyyətinin pisləşməsi ilə büruzə
verə bilər.
Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə (çox təhlükəli birləşmə) aiddir. Torpaqda davamlılığına görə
3-cü sinif.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
Payızlıq buğda, arpa, çovdar |
Birillik ikiləpəli alaq otları |
Yazda bitkinin kollanma fazasından boruya çıxma mərhələsinə qədər əkinlərin çilənməsi. İşçi məhlul sərfi– 200-300 l/ha. |
57 (1) |
|
0,5-0,8 |
Toxumluq noxud |
Bitkinin 3-5 həqiqi yarpaq fazasında (noxud bitkisinin hündürlüyü 10-15 sm olan zaman) əkinlərin çilənməsi. Çiçəkləmə zamanı tətbiqi qadağandır. İşçi məhlul sərfi – 200-300 l/ha. |
|
|
|
1,2 |
Kartof (orta yetişən və gec yetişən sortlar)
|
Bitkinin cücərməsinə qədər və ya bitkinin hündürlüyü 10-15 olan zaman torpağın çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha. |
60 (1) |