Təsiredici maddəsi: 750 qr/kq Tifensulfuron-Metil
Dənli bitkilər, qarğıdalı, kətan və soya əkinlərində ikiləpəli alaqların məhv edilməsi üçün cücərməsonrası herbisid.
Preparatın üstünlükləri:
- Geniş spektrli alaqları məhv edən yüksək effektiv herbisid.
- Torpaqda və becərilən bitkilərdə tez bir zamanda parçalanır.
- Növbəli əkinin növbəti bitkisinə zərərli təsir göstərmir.
Suda- dispersiya olan qranull (SDQ).
3 il.
Kanistr, 0,5 kq.
–30°C-dən +30°C-dək
Məhv edilən obyektlər:
Birilliklər: ağımtıl tərə, sirkən, yabanı xardal, ilişkən qatıqotu, Teofrast kəndirotu, qırxbuğum (növləri), İlişkən qatıqotu, yabanı xaşxaş (lalə), dirrik pərpərəni, pıtraq (növləri), çobanyastığı (növləri), yabanı günəbaxanı, birliilk poruq, adi işırqan (növləri), əvəlik (növləri), qaratərə (növləri), dalamaz (növləri), yabanı turp, yovşanyarpaq ambroziya, çobanyastığı,
çöl şaxturanı, adi quşəppəyi, südləyəni , şahtərə (növləri), üçlü hibiskus, unutmaməni (növləri), adi şoran (kuray), çöl yarğanotu, əkin lərgəsi, bənövşə (növləri), adi dəlibəng.
Çoxilliklər: çöl sarmaşığı
Davamlı alaqlar: qara quşüzümü.
Təsir mexanizmi: Preparat bitkinin toxumasına yarpaq aparatı nüfuz edir və gövdənin, köklərin böyümə nöqtələrinə doğru hərəkət edir. Hüceyrələrin bölünməsinə təsir göstərən fermentin sintezini ləngidir. Tətbiq edildikdən bir neçə saat sonra, həssas alaqların böyüməsi və torpaqdan su və qidalandırıcı elementlərin istifadəsini dayanır.
Təsir sürəti və zədələmə əlamətləri: Tətbiq edildikdən 2-3 gün sonra, bitkilərin üzərində görünən zədələnmə əlamətləri əmələ gəlir: xloroz, böyümə nöqtələrinin məhv olması və bitkinin ayrı- ayrı hissələrinin nekrozu. Bitkinin tamamilə məhv olması 10-20 gündə baş verir.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul bilavasitə olaraq tətbiqdən öncə hazırlanır. Çiləyici çəninin 1/2 hissəsi təmiz su ilə doldurulur, bu zaman qarışdırıcı işə salınır, zəruri miqdarda preparat tökülür, tam dolana qədər qalan su tökülür. Səthi aktiv maddələr çiləyici çəni dolduqdan sonra, eyni zamanda qarışdıraraq, daxil edilməlidir.
Çiləyicinin təmizlənməsi: Herbisid tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər: Preparat alaq bitkilərini ilkin böyümə fazalarında, havanın temperaturu +15°С-dən +24°С-dək, nisbi rütubət isə yüksək olduqda effektiv şəkildə məhv edir.
Digər preparatlarla uyğunluğu: Preparat bir çox pestisidlərə uyğundur. Qarışıq tətbiq edilməzdən öncə, əvvəlcədən komponentlərin fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
Fitotoksiklik: Tövsiyə olunan dozalarda Şansti müdafiə olunan bitkilərin böyüməsinə və inkişafına mənfi təsir göstərmir. Preparat növbəli əkinin növbəti bitkilərinə toksik təsir göstərmir. Məhsul yığıldıqdan dərhal sonra istənilən bitkini əkmək olar.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir (mülayim təhlükəli birləşmə).
Zəmanətin qüvvədə olduğu saxlama müddəti: -30 °С-dən +30 °С-dək olan temperatur şəraitində zədələnməmiş zavod qablaşdırmasında 3 il.
Tətbiq qaydaları
Preparatın tətbiq norması, kq/ha | Bitki | Zərərli obyekt | Tətbiq qaydası və vaxtı | Gözləmə müddəti / tətbiqin say |
0,01 |
Qarğıdalı dənlik | Birillik ikiləpəli alaqlar, o cümlədən 2,4- D herbisidinə və triazinlərə qarşı dayanıqlı alaqlar | Bitkilərin 3-5 yarpaq fazasında və alaqların SAM Miks, J (200 ml/ ha) preparatı ilə çən qatışığında böyüməsinin erkən fazalarında əkinlərin çilənməsi. İşçi məhlul sərfi: 200-300 l/ha. |
60 (1) |
| Payızlıq buğda |
Birillik ikiləpəli alaqlar, o cümlədən 2,4- D herbisidinə qarşı dayanıqlı alaqlar | Yazda bitkilərin SAM Miks, J (200 ml/ha) preparatı ilə qatışıqda kollanma fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi: 200-300 l/ha. | |
0,02-0,025 | Yazda bitkilərin kollanma fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi: 200-300 l/ha. | |||
0,01-0,015 |
Yazlıq buğda və arpa |
| Yazda bitkilərin SAM Miks, J (200 ml/ha) preparatı ilə qatışıqda kollanma fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfiyyatı: 200-300 l/ha. | |
0,015-0,02 | Yazda bitkilərin kollanma fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi: 200-300 l/ha. | |||
|
Soya |
Birillik ikiləpəli alaqlar | Bitkilərin 1-2 əsl yarpaq fazasında və alaqların böyüməsinin erkən fazalarında SAM Miks, J (200 ml/ ha) preparatı ilə qatışıqda əkinlərin çilənməsi. İşçi məhlul sərfi: 200- 300 l/ha. |