ŞANSTREL 300 SM

ŞANSTREL 300 SM

Təsiredici maddə: 300 qr/l Klopiralid 
Şəkər, yem çuğunduru, raps uzunlifli kətan əkinlərində birillik çoxillik ikiləpəli alaqların məhv edilməsi üçün herbisid.

Preparatın üstünlükləri:

  • Bir çox köküzoğlu alaqların məhv edilməsi üçün əvəzedilməz preparat.
  • Becərilən bitkilərlə bağlı yüksək selektivlik göstərir.
  • İkiləpəlilərə qarşı digər herbisidlərin alaqlara göstərdiyi fitotoksiki təsiri gücləndirir.
  • Çən qarışıqlarının hazırlanması üçün ideal komponentdir.

  Sulu məhlul (SM).                      3 il.

  Kanistr, 5 l.                             
0 °C-dən +30 °C-dək

  Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar:
çəhrayı südotu, sarı (tarla) südotu, süddəyən, dərman zəncirotu, tikanlı şeytanqanqalı, Kanada xırdaləçəyi, adi pıtraq, xırdaçiçək qalinsoqa, yovşanyarpaq ambroziya, mavi göyçiçək, xaçgülü növləri, şəbbugülü sarılıqotu, dirrik südotu,
yabanı günəbaxan, adi dəvədabanı, yabanı lərgə, çobanyastığı (növləri).

Orta həssas alaqlar: Sarmaşan qırxbuğum, qırmızıbaş qırxbuğum, kələ-kötür qırxbuğum, südləyən (növü) və s..
Az həssas alaqlar: ağımtıl tərə, qatlanan qaratərə, birillik poruq, dərman şahtərəsi, ilişkən qatıqotu, vəzərək və s.
  
Təsir mexanizmi: Sistemli təsirə malik preparat. Bitkilərə yarpaqlardan və qismən kök sistemindən nüfuz edir. Meristematik toxumaların böyümə nöqtələrini blok edir. Preparatın təsiri altında bitkinin yerüstü və yeraltı (kök sistemi) hissəsi məhv olur. Həssas köküzoğlu çoxillik alaqlarda yalnız şaquli kök zoğları məhv olur. Üfüqi kök zoğlarına preparat nüfuz etmir. Buna görə, sahədə yeni südotu rozetləri əmələ gələ bilər.
  
Təsir sürəti: Emaldan 2 saat sonra, həssas alaqların böyüməsi dayanır. Vizual zədələnmə əlamətləri 5-6 saat sonra əmələ gəlir, bu zaman böyümə nöqtəsinin bir az qalınlaşması, saplaqların  yarpaqların gövdəciklərinin burulması deformasiyası müşahidə olunur. Yarpaqların xlorozu 1-3 həftədən sonra özünü büruzə verir. Bitkilərin tamamilə məhv olması emaldan sonra 14-20 gündə baş verir.
  
Tətbiq normaları müddətləri: Şanstrel 300 0,3-0,4 l/ha dozasında, birillik alaqların aktiv böyüdüyü dövrdə, habelə, südotuların cavan rozetlərinə, gövdə əmələ gələnə qədər tətbiq olunur. Alaqlar həddindən çox böyüdükdə, daha dayanıqlı olur ki, bu da məsarif normasının 10-20% və daha çox artırılması zərurətini yaradır. İşçi məhlulun məsarif norması – 200-300 l/ha.
  
İşçi məhlulun hazırlanması texnologiyası: Əvvəlcə, çiləyicinin çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə, çənə tələb olunan miqdarda preparat əlavə edilir və tam dolana qədər su ilə doldurulur.
  
Çiləyicinin təmizlənməsi: Şanstrel 300 tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
  
Preparatın effektivliyinə təsir göstərən amillər:
  • Şanstrel 300-ün maksimal effektivliyi +16 °С-dən +25 °С-dək olan temperatur şəraitində əldə edilir. +10°С-dən aşağı olan temperatur şəraitində preparatı tətbiq etmək məqsədəuyğun deyil.
  • Çiləmədən 1,5-2 saat sonra yağış yağarsa, preparatın effektivliyi azalmır.
  • Sıralararsı emal ən tezi çiləmədən 8-10 gün sonra həyata keçirilməlidir. Bu müddət ərzində preparat yarpaq lövhəsindən kök sisteminə keçəcək və orada öz zərərli təsirini göstərəcək.
  • İkiləpəlilərə qarşı digər preparatlarla birgə çox kəskin sinergizm göstərir.

  Fitotoksiklik: Tövsiyə olunan tətbiq dozalarına və müddətlərinə riayət edildikdə, becərilən bitkilərin məhv edilməsi müşahidə olunmur.
  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə (mülayim təhlükəli birləşmə), torpaqda dayanıqlığına görə 3-cü sinfə aiddir.
  
Zəmanətin qüvvədə olduğu saxlama müddəti: 3 il. Nümunə anbar otağında zavod qablaşdırmasında, 0°C-dən +30°C-dək olan temperatur şəraitində saxlamaq lazımdır.


Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

     

Bitki

     

Zərərli obyekt

   

Tətbiq qaydası vaxtı

 Gözləmə müddəti tətbiqin  sayı  

 

 

0,3-0,5

 

Şəkər çuğunduru

 

 

 

 

 

 

Bütün çobanyastığı, qırxbuğum, südotu, qanqal növləri

Bitkinin 1-3 cüt əsl yarpaq fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha.

 

 

 

 

 

 

 

60 (1)

 

 

 

0,3-0,5

 

 

 

Soğan

1-3 cüt yarpaq fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi 200-300 l/ ha.

Bitkinin 3-5 yarpaq fazasında əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha.

1,0

Qarğıdalı

Fərdi təsərrüfatlar üçün tətbiq reqlamenti

 

3 ml/ 3 lt su

 

Çiyələk

 

 

Astraçiçəkkimilər, çobanyastığı, bağayarpağı, əvəlik, adi boymadərən

Məhsul yığımından sonra alaqların çilənməsi. İşçi məhlul sərfi -3 lt/50 m2.

 

60 (1)

 

6 ml/ 5 lt su

 

Qazonlar

Inkişafda olan alaqların çilənməsi. İşçi məhlul sərfi

-5 lt/100 m2

 

- (1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X