Təsiredici
maddəsi: 750
qr/kq Tribenuron-Metil
Dənli-taxıl əkinlərində birillik və bəzi çoxillik ikiləpəli alaqların məhv
edilməsi üçün herbisid.
Preparatın üstünlükləri:
- Birillik ikiləpəli, o cümlədən 2,4-D və 2М-4Х davamlı alaqlara və çöl qanqalına geniş spektrli təsir.
- +5°С-dən +25°С-dək olan temperatur diapazonunda yüksək effektivlik nümayiş etdirir.
- Flaq yarpaq çıxana qədər taxıl bitkiləri üçün toksik deyil.
- Tətbiq edildikdən 3 saat sonra yarpaq səthindən yağışla yuyulmur.
Suda-dispersiya olan qranull (SDQ).
3 il.
Kanistr, 0,5 kq.
-30 °С-dən
+30 °С-dək
Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar:
işırqan (növləri), çöl xardalı, lərgə, quşəppəyi, çöl yarğanotu, qaymaqçiçəyi (növləri), adi xaçgülü, orta cincilim, Kanada xırdaləçiçəyi, dalamaz (növləri), yabanı kahı (kompas), yabanı xaşxaş, xırdaçiçəkli unutmaməni, qanqal (növləri), birillik zöhrəotu, yabanı turp, çobanyastığı (növləri), bozalaq (növləri), çöl bənövşəsi, Çəmən kişnişi, qatlanan qaratərə, sikuta durnaotu, Buassiye tovlu qulağı, süpürgə otu, çobanyastığı, yabanı günəbaxan, şüvərən (növləri), qırmızıbaş qırxbuğum, adi şehçiçəyi (növləri).
Orta həssas alaqlar: Qırmızıbaş qırxbuğum, alaq əmənkömənci, çobanyastığı (növü), dərman zəncirotu, ağımtıl
tərə, sarı südotu, ilişkən qatıqotu, əvəlik (növləri).
Az həssas
alaqlar: mavi göyçiçək, dərman şahtərəsi,
çöl sarmaşığı, sarmaşıqvari. Təsir mexanizmi: Sistemli təsirə malik preparat, bitkiyə yarpaq səthindən nüfuz
edir, həssas alaqların hüceyrələrinin bölünməsini blok edir, buna görə, artıq bir neçə saatdan sonra onların böyüməsini
və inkişafını dayandırır.
Təsir sürəti: İlk vizual zədələnmə əlamətləri (xloroz və solma)
emaldan 7- 10 gün sonra özünü büruzə verir, tam məhvolma,
alağın növündən və onun inkişafından, hava şəraitindən asılı olaraq 15- 20 gündə baş verir.
Tətbiq normaları və müddətləri: Preparatın tətbiqi ikiləpəli birillik bitkilər 2-4 yarpaq əmələ gətirdikdə və aktiv böyümə fazasında olduqda: südotular - rozet fazasında olduqda başlayır. Bu
dövr çiləmə üçün daha effektiv bir dövrdür. Preparatın tətbiqi norması 0,01-0,015 kq/ ha, Şans- 90 adyuvantının sərfiyyatı - 0,2 l/ ha, işçi məhlul
sərfiyyatı - 200 l/ ha təşkil edə bilər. 0,02-0,025 kq/ ha miqdarında
Şanstarı Şans-90 J olmadan
tətbiq etmək olar. Payızlıq buğdaya flaq yarpaq əmələ gələnə qədər,
arpaya isə boruya
çıxana qədər tətbiq etmək olar. Zərərli alaq otlarına (südotu , çöl sarmaşığı) göstərilən təsirin gücləndirilməsi
üçün, Şanstarı Şans DKB ilə qarışıqda, müvafiq
olaraq 0,01 kq/ ha + 0,2 l / ha nisbətində
istifadə etmək olar.
İşçi məhlulun
hazırlanması texnologiyası: Əvvəlcə, çiləyicinin çəninə 300- 400 l su doldurulur. Daha sonra,
hidroqarışdırıcı işləyə-işləyə, çənə
tələb olunan miqdarda
preparat əlavə edilir. Həmçinin, hidroqarışdırıcı işləyə-işləyə, su əlavə edilir.
Adyuvant (Şans-90) çiləyici çəninə son olaraq, tam dolana
qədər 200- 300 l su üçün yer qaldığı zaman, əlavə edilir.
Çiləyicinin təmizlənməsi: Şanstar tətbiq edildikdən sonra,
çiləyicini əvvəlcə təmiz
su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr.Soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Digər preparatlarla uyğunluğu: Şanstar dənli bitkilərə tətbiq olunan bir çox preparatlara, o cümlədən taxıl əleyhinə
Şansyugenə uyğundur.
Preparatı tərkibində fosforlu üzvi birləşmələrin olduğu pestisidlərlə qarışdırmaq olmaz, çünki bu becərilən bitkilərin məhv olmasına səbəb ola bilər.
Fitotoksiklik: Tövsiyə olunan tətbiqetmə normalarında və müddətlərində preparat dənli bitkilərə toksik təsir göstərmir.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə
sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, kq/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin |
|
|
|
|
Bitkilərin kollanması fazasında və alaqların böyüməsinin ilkin fazalarında (birilliklər –2-4 yarpaq, tarla qanqalı - çiçək açma) əkinlərin çilənməsi. Payızlıqlar yazda çilənir. İşçi məhlul sərfi: 200-300 l/ha. |
|