Təsiredici
maddə: 480
qr/ l
Bentazon
Cücərmədən
sonra tətbiq
olunan paxlalı
bitki və
taxıl əkinlərində
ikiləpəli alaqlara qarşı kontakt
təsirli herbisid.
Preparatın üstünlükləri:
- Geniş tətbiq intervalı.
- Bitki üçün fitotoksik deyil.
- Yonca və qarayonca əkin altı ilə dənli bitkilərə tətbiq imkanı.
- Çoxlu sayda ikiləpəli alaq növlərinə qarşı effektivdir.
Sulu məhlul (SM).
3 il.
Kanistr, 10 l.
–12 °С-dən +40 °С-dək
Təsir spektri:
Yüksək həssas alaqlar: qırxbuğum (növləri), dirrik pərpərəni, yabanı xardal, adi cincilim, çöl yarğanotu, pıtraq (növləri), Teofrast kəndirotu, qatlanan qaratərə, çobanyastığı (növləri), sirkən (növləri), quşəppəyi, yabanı qarğıdalı, ilişkən qatıqotu, çəmən kişnişi, əkin güləvəri, çöl qaymaqçiçəyi, unutmaməni.
Orta həssas alaqlar: ambroziya (növləri), ağımtıl tərə, çöl sarmaşığı, dərman
şahtərəsi, qamışkimilər, adi xaçgülü, kommelina (növləri).
Az həssas alaqlar: çöl qanqalı, adi işırqan, al
dalamaz, quş qırxbuğumu, yavşan
otu (bulaqotu), yabanı
xaşxaş (lalə). Təsir mexanizmi: Preparat kəskin kontakt
təsirinə malikdir və alaq bitkisinə daha çox yaşıl hissələrdən
nüfuz edir. Bentazon
fotosintez prosesini pozur.
Təsir sürəti: Alaq otlarının məhv olmasının görünən əlamətləri tətbiq edildikdən 1- 3 sutka sonra özünü büruzə verir.
Bitki 10- 14 gün sonra tamamilə məhv olur.
Tətbiq normaları və müddətləri:
- Nanoşans, SM-in çilənməsini yalnız bitki və alaqlar cücərdikdən sonra, alaqların əksəriyyətinin 2 -6 yarpaq fazasında olduğu zaman həyata keçirmək məsləhətdir.
- Yüksək effektin əldə edilməsi üçün, alaq otlarının yarpaq və gövdələri Nanoşans, SM-in işçi məhlulu ilə kifayət qədər isladılmalıdır.
- İşçi məhlulun sərfiyyatı 200- 300 l/ ha, preparatın sərfiyyatı isə 1,5- 4,0 l/ ha təşkil edir.
Effektivliyə təsir göstərən amillər:
- Soyuq hava preparatın təsirini ləngidir.
- Preparatı daha həssas bitkilərə (noxud, qoyunnoxudu) buludlu havada, temperatur +20°С-dən çox olmadıqda (gecə və ya səhər tezdən) çiləmək arzuolunandır.
Digər preparatlarla qarışdırılması: Nanoşans, SM çən qarışıqlarında turş reaksiyası olmayan
preparatlarla
qarışdırıla bilər. Yonca
əkin altı ilə düyü, dənli bitkilər əkinlərində Aqroşans SM ilə, soyaya tətbiq edildikdə, Qaloşans,
EK ilə və Kletoşans EK ilə qarışdırmaq olar.
Fitotoksiklik: Tövsiyə olunan normalarda və müddətlərdə tətbiq edilmiş Nanoşans, SM müdafiə olunan bitkilərə toksik təsir göstərmir.
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir - arılar üçün az təhlükəli maddə.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
Buğda, çovdar, arpa, qarğıdalı |
Birillik ikiləpəli, o cümlədən 2,4-D və MCPA turşularına qarşı davamlı alaq otları |
Alaq otlarının inkişafının erkən fazalarında (2-4 yarpaq) dənli bitkilərin kollanmasının əvvəlindən başlayaraq yazda əkinlərin çilənməsi. İşçi məhlul sərfi – 200-300 l/ha. |
|
|
2-4 |
Düyü |
Cillər fəsiləsindən olan, o cümlədən kompakt və dəniz qırağı qamış yumrulu, və birillik ikiləpəli alaq otları (baqəvər, monoxoriya, oxyarpaq, suoxu və b.) |
Alaq otlarının inkişafının erkən fazalarında (2-5 yarpaq) bitkilərin 2 yarpağından başlayaraq əkinlərin çilənməsi. Alaq otlarının kifayət qədər rütubətlənməsi üçün çiləmədən əvvəl millərdə suyun səviyyəsi 0-2 sm qədər azaldılır, çiləmədən 2 gün sonra millər yenidən 10-12 sm qədər su ilə doldurulur. İşçi məhlul sərfi – 200-300 l/ha. |
60 (1) |
|
|
Dənlik noxud |
Birillik ikiləpəli, o cümlədən MCPA turşusuna qarşı davamlı alaq otları |
Bitkilərin 5-6 yarpaq fazasında və alaq otlarının inkişafının erkən fazalarında əkinlərin çilənməsi. Sort həssaslığı nəzərə alınmalıdır. İşçi məhlul sərfi – 200-300 l/ha. |
|