Təsiredici maddə: 360 qr/
l Qlifosat turşusu
Kütləvi təsirə malik,
birillik, çoxillik alaq otlarını və ağac-kol bitkilərini məhv edən herbisid.
Preparatın üstünlükləri:
- Sahələrin bütün növ alaq otlarından, o cümlədən çoxillik alaqlardan təmizlənməsi üçün əvəzolunmaz preparat.
- Sistemli təsirə malikdir, bitkilərin vegetasiya edən hissəsini və onların kök sistemini məhv edir.
- Bitkilərdə və torpaqda tez parçalanır, buna görə növbəli əkində bitkilərin növbələşdirilməsi üzrə məhdudiyyətlərə səbəb olmur.
Sulu məhlul (SM)
3 il.
Kanistr, 10 l.
–5°C-dən
+30°C-dək
Məhv edilən obyektlər: Demək olar ki, bütün növ ot və ağac- kol bitkilərinə qarşı yüksək effektivlik nümayiş etdirir.
Təsir mexanizmi: Fasiləsiz təsir göstərən
preparat, yarpaq səthi,
habelə, bitkinin digər yaşıl hissələri
onu sorur, o, damar sistemi
ilə hərəkət edir və bitkinin
bütün orqanlarına, o cümlədən, kök sisteminə nüfuz edir. Ətirli amin
turşularının sintezini blok edir ki, bu da bitkilərin böyümə nöqtələrinin fəaliyyətinin
dayanmasına, yerüstü və yeraltı hissələrinin məhv olmasına səbəb olur. Preparat yalnız
çiləmə zamanı düşdüyü bitkiləri məhv edir. Qlifoşans toxumlara təsir göstərmir. Demək olar ki, bütün növ ot və ağac- kol bitkilərinə qarşı yüksək effektivlik nümayiş etdirir.
Təsir sürəti və zədələmə əlamətləri: Birillik alaqlarda ilk zədələmə əlamətləri (yarpaqların saralması, daha sonra isə bozarması) çiləmədən sonra 5- 6 gündə,
ağac-kol bitkilərində isə 20- 30 gündə özünü büruzə verir.
Alaq bitkiləri çiləmədən sonra 3- 4 həftə sonra,
ağac- kol bitkiləri
isə 1- 2 ay sonra tamamilə məhv olur.
Tətbiq normaları və müddətləri: Birillik dənli ikiləpəli bitkilər 2- 4 l/ ha; çoxillik olanlar - 4- 6 l/ ha; çöl sarmaşığı, çayır, sürünən
kəkrə, yabanı qatırquyruğu - 6- 8 l/ ha, ağac- kol növləri isə 7- 8 l/ ha preparat tətbiq edildiyi
zaman kifayət qədər yaxşı məhv edilir. Maksimal dozalardan sıx otluqlarda istifadə etmək məsləhətdir. Birillik taxıl bitkiləri alaqları boruya çıxma dövrü başlamazdan öncəki dövrdə; çoxillik dənli alaq otlarının hündürlükləri 15- 20 sm çatdıqda; birillik ikiləpəli alaqlar 1- 2 yarpaq əmələ gəldikdə və çiçəkləməzdən öncə; çoxillik ikiləpəli alaqlar rozet fazasından qönçələməyə və çiçəkləməyə qədər olan müddət ərzində, çöl sarmaşığı gövdəsinin uzunluğu ən azı 15- 20 sm olduqda daha yaxşı məhv edilir.
Tətbiq texnologiyası: Payız
mövsümündə: Qlifoşans torpaq növbəli əkindəki
növbəti bitki üçün hazırlandığı zaman çoxillik və dənli və ikiləpəli
alaq otlarının məhv edilməsi
üçün istifadə olunur.
Qlifoşans kövşənin yumşaldılmasından sonra, çoxillik alaq otları uzandıqda, tətbiq olunur. Südotu və ayrıqotunun məhv edilməsi üçün tətbiq olunan norma 4- 5 l/ ha, çöl sarmaşığının məhv edilməsi üçün isə 7- 8 l/ ha təşkil
edir.Preparatın yataq
torpaqlarına çilənməsi: Yataq torpaqlarının
növbəli əkinə daxil edilməsi üçün, bitkiləri
diskatorla 1- 2 sıra xırdalamaq, daha sonra isə, çoxillik alaq
otları kütləvi şəkildə uzandığı zaman, aşağıda
qeydolunan normada Qlifoşans tətbiq etmək zəruridir: Ayrıqotu və südotu ilə olan halda - 4- 5 l/ ha, çöl sarmaşığı ilə olan halda - 7- 8 l/ ha. Növbəti
mexaniki çiləmələr çiləmədən 10- 12 gün sonra həyata keçirilir. Preparatın heriklərə çilənməsi:
Herik sahəsi torpağın birillik alaq toxumlarından, xüsusilə də, çoxillik alaq bitkilərinin kökümsovlarından və köklərindən təmizlənməsi üçün ən yaxşı yerdir. Bunun üçün, yazda, alaq otları kütləvi şəkildə uzandıqda, mexaniki çiləmələrdən sonra, Qlifoşans tətbiq edilir: birillik alaqlarla olan halda - 2-3 l/ ha, ayrıqotu
və südotu ilə - 4- 5 l/ ha, sarmaşıqla - 7- 8 l/ ha. Çöl sarmaşığından bir ilə, yalnız qara herikdə və ya torpağın payızda hazırlanması zamanı, Qlifoşans istifadə edərək, qurtulmaq olar. Bütün növbəli əkin
sahələrinin zərərverici alaq otundan təmizlənməsinin başqa daha radikal
üsulu mövcud deyil.
İşçi məhlulun hazırlanma
texnologiyası: Əvvəlcə, çiləyici çəninə
300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı
işləyə- işləyə, tələb olunan miqdarda preparat
əlavə edilir
və tam
dolana qədər su ilə doldurulur.
Çiləyicinin təmizlənməsi:
Qlifoşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə
təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan (yuyucu tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca
yumaq zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- Preparat bitkilərin aktiv böyüməsi zamanı, kifayət qədər nəm və havanın temperaturu +16° С-dən +24° С-dək olan şəraitdə daha yüksək effektivlik göstərir.
- Quraqlıq şəraitində və temperatur +25° С-dən yüksək olduqda, preparatı istifadə etməmək məsləhətdir.
- Tətbiqdən sonra 5- 6 saat keçməmiş yağan yağış effektivliyi kəskin şəkildə azaldır.
- Çoxillik alaqlanma zamanı mexaniki çiləmələri çiləmədən ən tezi 15- 20 gün sonra həyata keçirmək məsləhətdir ki, bu müddət ərzində preparat bitkinin yerüstü hissəsindən yeraltı hissəsinə keçsin.
Digər preparatlarla qarışdırılması: Qlifoşansı digər cücərti preparatları və torpaq təsirinə malik preparatlarla, habelə, ammonium nitratla qarışdırmaq olar. Çən qarışıqları hazırlanmazdan
öncə, onların fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
Təhlükə sinfi:
Preparat 3-cü təhlükə sinfinə (mülayim təhlükəli birləşmə) aiddir. Torpaqda davamlılığına görə 2-ci sinif.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
2-4 |
Yazlıq dənli, tərəvəz, kartof, paxlalı, texniki, o cümlədən, kətan, bostan, dekorativ, qazon bitkilərinin əkini üçün nəzərdə tutulmuş sahə |
Birillik taxıl fəsiləsi və ikiləpəli alaq otları |
Vegetasiya edən alaq otlarının yayın sonunda və ya payızda məhsul yığımından sonrakı dövrdə çilənməsi. İşçi məhlul sərfi – 100-200 l/ha. |
|
|
4-6 |
Çoxillik taxıl fəsiləsi və ikiləpəli alaq otları |
|||
|
6-8 |
Davamlı çoxillik alaq otları (çayır, tarla sarmaşığı və digər zoğköklülər) |
|||
|
2-4 |
Heriklər |
Birillik taxıl fəsiləsi və ikiləpəli alaq otları |
Alaq otlarının aktiv böyümə dövründə çilənməi. İşçi məhlul sərfi- 100-200 l/ha. |
|
|
4-6 |
Çoxillik taxıl fəsiləsi və ikiləpəli alaq otları |
|||
|
6-8 |
Davamlı çoxillik alaq otları (çayır, tarla sarmaşığı və digər zoğköklülər) |
|||
|
4-6 |
Pambıq |
Birillik və çoxillik taxıl fəsiləsi alaqları |
Çiyidli pambığın 2 yığımından sonra vegetasiya edən alaq otlarının çilənməsi. İşçi məhlul sərfi – 100-200 l/ha. |
|
|
2-3 |
Kartof |
Birillik və çoxillik alaq otları |
Bitkinin cücətiləri əmələ gələnə qədər vegetasiya edən alaq otlarının çilənməsi. İşçi məhlul sərfi – 100-200 l/ha. |