Təsiredici
maddə: 500
qr/ l Triflusulfuron-
Metil.
Şəkər çuğunduru
əkinlərində ikiləpəli alaq otlarının məhv edilməsi üçün herbisid.
Preparatın üstünlükləri:
- Bir çox növ ikiləpəli alaq otlarına qarşı ən yüksək effektivlik nümayiş etdirir.
- Çuğundur becərilərkən, herbisidlərin çən qarışığının hazırlanması üçün əvəzolunmaz komponent.
- Çuğundurun böyüdüyü bütün dövrlərdə istifadə etmək olar.
Suda dispersiya olan qranul (SDQ
3 il.
Flakon, 0,6 kq
-30 °С-dən
+30 °С-dək
Məhv edilən obyektlər:
Yüksək həssas alaqlar: qatlanan qaratərə, çobanyastığı (növləri), ikievli
gicitkan, yabanı turp, günəbaxan südləyən, sarı əspərək, ilişkən qatıqotu, fars yovşanı, adi işırqan, yalançı kətan, yabanı günəbaxan, quşəppəyi, dalamaz (növləri),
adi ziyilotu, qara quşüzümü, yabanı
xardal, çöl yarğanotu, xırdaçiçəkli unutmaməni, tarla anaqallisi. Orta həssas alaqlar: çəhrayı südotu
(toxumdan cücərtilər), böyük dəmrovotu, Teofrast kəndirotu,
yabanı cəvhəri, yabanı
xaşxaş (lalə), giqant ambroziya, qırmızıbaş və sallanan qırxbuğum. Az
həssas alaqlar: çəmənlik bənövşəsi, jminda
amarantı, yovşanyarpaq ambroziya, çöl sarmaşığı, sarı südotu (toxumdan cücərtilər). Çox az həssas
alaqlar: ağımtıl tərə, sarmaşan qırxbuğum, adi cincilim (adi cincilim), birillik
dəmrovotu, dərman şahtərəsi, adi
yavşan otu (bulaqotu). Təsir mexanizmi: Karişans bitkilərə əsasən yarpaqlardan və qismən kök sistemindən nüfuz edir. Preparat
böyümə nöqtələrində toplanır, həssas alaqlarda hüceyrələrin bölünməsini blok edir. Əvvəlcə onların böyüməsini dayandırır, daha sonra isə onlar tamamilə
məhv olur. Tətbiqdən sonra 3- 5 saat ərzində havanın temperaturu +10° С-dən
aşağı və ya +25° С-dən yüksək olduğu halda, çuğundur
yarpaqlarında nekrotik ləkələr əmələ gələ bilər. Bu onunla əlaqədardır ki, şəkər
çuğunduru yarpaqlarında metabolizmin sürəti bu cür şəraitdə ləngiyir. Bu simptomlar 8- 10 gün ərzində yox olur və meyvəköklərin məhsuldarlığını aşağı salmır.
Təsir sürəti: Alaq bitkilərinin böyüməsi çiləmədən 2 saat sonra dayanır, 2- 3 gündə solğun rəng alırlar. Hava şəraitindən asılı olaraq, 6- 8 gündə, onlar tamamilə məhv olur.
Tətbiq normaları və müddətləri: Preparat çuğundur cücərtiləri əmələ gəldikdən sonra 2- 3 gündə, torpağın səthində
alaq otları əmələ
gəldiyi zaman, tətbiq
edilməyə başlayır. Daha həssas mərhələ "ləpələr - 2 yarpaq" mərhələsidir. Bəzi alaq otları, məsələn, yabanı xardal və adi işırqan, 4 yarpaq fazasında
yaxşı məhv edilir. Daha gec dövrlərdə çiləmə zamanı
preparatın effektivliyi kəskin şəkildə
azalır. Karişans 30 qr/ ha dozada adyuvant
Şans-90, J 0,2 l/ ha ilə qarışıqlarda tətbiq edilir. Alaq otlarının cücərmə dövrünün
zaman baxımından uzun müddət çəkməsi
ilə bağlı olaraq, preparatın ikinci
dəfə çilənməsi birinci çiləmədən 8- 10 gün sonra həyata keçirilir.
Çuğundur əkinlərində alaq otlarının
məhv edilməsi proqramı tərtib edilərkən, xüsusilə hər yerdə bitən alaq otlarının
inkişafına nəzarət etmək məsləhətdir, məsələn:
qatlanan qaratərə, sallanan və
qırmızıbaş qırxbuğum, ilişkən qatıqotu. Çuğundurun
ləpə fazasında onların
cücərtiləri əmələ gəldiyi
halda, birinci çiləmə zamanı Betaşans
Trio ilə qarışıqda
tam doza Karişans (30 qr/ ha) tətbiq etmək zəruridir.
İşçi
məhlulun hazırlanma texnologiyası: Əvvəlcə, çiləyici çəninə 300- 400 l su doldurulur. Daha sonra, hidroqarışdırıcı işləyə- işləyə, çiləyici çəninə Karişans əlavə edilir. O, həll olunduqdan
sonra, çiləyiciyə
digər preparatları doldururlar
(zərurət yarandıqda). Adyuvant
son olaraq əlavə edilir. İşçi məhlulunu hazırladıqdan dərhal sonra istifadə etmək lazımdır.
Çiləyicinin təmizlənməsi: Karişans tətbiq edildikdən sonra,
çiləyicini əvvəlcə təmiz su ilə, daha
sonra isə susuzlaşdırılmış sodadan (yuyucu
tozdan) və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- +15°С-dən +25°С-dək olan temperatur çiləmə üçün optimal hesab olunur.
- Gündüz temperatur +25°С-dən yüksək olduqda, preparatı gecə, axşam və ya səhər vaxtı tətbiq etmək məsləhətdir.
Alaq otlarının, xüsusilə də, qatlanan qaratərənin bitməsi 3 gün ərzində +28°С-dən yüksək olan temperatur şəraitində baş verirsə, onların yarpaqlarında mum qatı əmələ gəlir ki, həmin qat preparatın bitkinin içinə nüfuz etməsinə maneçilik törədir və bu effektivliyin azalmasına səbəb ola bilər.
- Preparat maksimal effektivliyi havanın nisbi rütubəti 60%-dən çox olduğu zaman göstərə bilər.
Digər preparatlarla qarışdırılması: Şəkərli çuğundura
tətbiq olunan herbisidlərlə, habelə,
insektisidlərlə (fosforlu üzvi
insektisidlər istisna olmaqla), fungisidlərlə, böyümə tənzimləyiciləri ilə və mikrogübrə preparatları ilə qarışdırıla bilər.
Növbəli əkin üzrə məhdudiyyətlər: Növbəti ilin payız və yazında istənilən bitkini əkmək olar. Çuğundur məhv edildikdə, yalnız
şəkər və ya yem çuğundurunu, 4 aydan sonra isə istənilən bitkini
əkmək olar.
Təhlükə sinfi: 3-cü təhlükə
sinfinə aiddir.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, kq/ha |
Bitki |
Zərərli obyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
|
|
|
Ləpə fazasında - alaq otlarında 2 əsl yarpaq fazasında və zərurət olduqda, alaq otlarının ikinci dalğası üzrə əkinlərin çilənməsi, hər çiləmə zamanı 200 ml/ha Şans-90J SAM ilə qarışıqda. İşçi məhlul sərfi– 200-300 l/ha. |
60 (2)
|