İMAZOŞANS SM

İMAZOŞANS SM

Təsiredici maddə: 40 qr/ l Imazamoks
Dənli- paxlalı bitkilərdə qarğıdalıda geniş spektrli, imidazolinlərə qarşı davamlı olan birillik dənli, birillik çoxillik ikiləpəli alaq otlarına qarşı yüksək effektiv herbisid.

Preparatın
 üstünlükləri:

  • Geniş spektrli birillik dənli və ikiləpəli alaq otlarını, o cümlədən, karantin alaqlarını məhv edir.
  • Çoxillik alaqlara qarşı yaxşı qabaqlayıcı təsirə malikdir.
  • Müdafiə olunan bitkilər üçün, digər preparatlarla müqayisədə, daha "yumşaqdır".

  Sulu məhlul (SM)                        3 il.

   Kanistr, 10 l.                        
0 °С-dən +30 °С-dək

  Məhv edilən obyektlər: Toyuq darısı, qıllıcalar, Hələb kalışı, amarant, qırxbuğum növləri, sarı südotu, çobanyastığı, yabanı xardal, quşəppəyi, ağımtıl tərə, dərman şahtərəsi, adi cincilim, çəmənlik bənövşəsi, Teofrast kəndirotu, yovşanyarpaq ambroziya, əkin güləvəri, ilişkən qatıqotu, yulafca (yabanı vələmir), pıtraq və s. Çəhrayı südotuna, ayrıqotuna, yovşan növlərinə mülayim təsir göstərir.
  Təsir mexanizmi: İmazoşans bitkilərin kökləri və yarpaqlarından yaxşı absorbsiya olunur, ksilema və floema ilə hərəkət edir və böyümə nöqtələrində toplanır. Amin turşularının miqdarını azaldır, zəruri zülalların əmələ gəlməsini ləngidir və həssas alaqların böyüməsini dayandırır.
  
Təsir sürəti: Herbisidin təsirinin adi əlamətləri yarpaqların xlorozu, böyümə nöqtələrinin məhv olması, alaqların inkişafının dayanmasıdır ki, bu da tətbiqdən 4- 5 gün sonra baş verir. Çiləmədən 2- 3 həftə sonra alaqlar tamamilə məhv olur.
  
Tətbiq normaları və müddətləri: Preparat minimal sərfiyyat normalarında maksimal məhvedici təsiri onların erkən inkişaf fazalarında və yaxşı hazırlanmış torpaqlarda göstərir ki, burada bərabər paylanan qoruyucu ekran əmələ gəlir. Herbisidin soyada, noxudda və qoyunnoxudunda optimal tətbiq müddətləri 1-ci uclu yarpaqdan 3-cü üclü yarpağa qədər olan mərhələdir. Preparatın torpaq aktivliyi sayəsində yeni alaq otları dalğasının yaranmasının qarşısını almaq üçün, torpaq əkindən öncə yaxşıca şumlanmalıdır ki, səthində iri kəltənlər olmasın. Cərgəarası çiləmə həyata keçirilməməlidir.
  
İşçi məhlulun hazırlanması: Verilən preparat norması 1/3 hissəsi su ilə doldurulmuş çiləyici çəninə tökülür, eyni zamanda çən tam dolana qədər işçi məhlulu qarışdırılır. Çiləmə zamanı çiləyicinin hidroqarışdırıcısı vasitəsilə qarışdırma davam etdirilməlidir. İşçi məhlulun sərfiyyatı - 200-300 l/ha.
  
Çiləyicinin təmizlənməsi: Herbisidlə iş başa çatdırıldıqdan sonra, çiləyicini və səpələmə avadanlığı əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yuyulur.
  
Digər preparatlarla qarışdırılması: İnsektisidlərlə, fungisidlərlə və herbisidlərlə çən qarışıqlarında istifadə edilməsi mümkündür, lakin, hər bir halda, əvvəlcədən fiziki- kimyəvi uyğunluq yoxlanmalıdır.
  
Fitotoksiklik: İmazoşans, torpaq- iqlim şəraitindən, tətbiq dozalarından və müddətlərindən asılı olaraq, torpaqda bir neçə həftədən bir neçə ayadək qala bilər. Herbisid tətbiq edildikdən sonra növbəti mövsümdə, şəkər çuğunduru istisna olmaqla, demək olar ki, bütün bitkiləri əkmək olar. İmazoşans tətbiqi ilə onun əkilməsi arasındakı təhlükəsiz interval 16 ay təşkil edir.
  
Təhlükə sinfi: 3-cü təhlükə sinfinə aiddir.

Tətbiq qaydaları



Preparatın 
tətbiq  norması, l/ha

           
             
Bitki



Zərərli 
obyekt

    Tətbiq  qaydası  vaxtı 


Gözləmə 
müddəti tətbiqin sayı

 

 

                      0,75-1

Soya

 

 

 

 

 

 

 Birillik taxıl fəsiləsi  iki   ləpəli alaqlar


Alaqların (1-3 əsl yarpaq) və bitkidə
1-3 əsl yarpağ fazasında əkinlərin çilənməsi. Növbəti il, şəkər çuğun- durundan başqa, bütün bitkiləri əkmək olar (herbisidin istifadəsi ilə çuğundur əkini arasında təhlükəsiz interval 16 aydır). İşçi məhlul sərfi: 200-300 l/ha

60 (1)




Noxud 
 nut

(toxum üçün becərildik- də)

 

 

                    53 (1)

 

 

 

 

                           1-1,2

 

 

 

 

Günəbaxan (imidazoli- nonlara qarşı dayanıqlı sortlar hibridlər) toxumluq yağ üçün


Alaqların
(2-4 əsl yarpaq) bitkidə 4-5 həqiqi yarpağ fazasında əkinlərin çilənməsi. İstifadə edilən ildə payızlıq buğda, payızlıq raps (imidazolinonlara qarşı dayanıqlı); növbəti il yazlıq payızlıq buğda, arpa, çovdar, tritikale; qarğıdalı,

soya, noxud, paxla, kalış, qarayonca, acıpaxla, raps və günəbaxan (imida- zolinonlara qarşı dayanıqlı); iki ildən sonra yulaf, günəbaxan (ənənəvi sortlarvə hibridlər); üç ildən sonra – ənənəvi raps sortlarıvə hibridləri da daxil olmaqla, məhdudiyyətsiz ola- raq istənilən bitki, şəkər çuğunduru. İşçi məhlul sərfi: 200-300 l/ha.

 

 

 

 

 

                      60 (1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X