FENİKS EK

FENİKS EK

Təsiredici maddə: 80 q/l Klodinafop-Propargil + 20 q/l Klokvintoset-Meksil Antidotu

Yazlıq
payızlıq buğda əkinində birillik dar yarpaqlı alaq otlarının məhv edilməsi üçün sistem təsirli herbisid.



Preparatın üstünlükləri:

  • Birillik dar yarpaqlı alaq otlarına yüksək təsir etmə sürəti
  • Preparatdan yetişdirilən bitkilərin bütün inkişaf fazasında istifadə etmək olar
  • Sonrakı bitkilərin inkişafına təsir göstərmir
  • Yetişdirilən bitkilər herbisidin təsirinə müstəsna dayanaqlılıq göstərirlər


  Emulsiya konsentratı (EK).       2 il.

  Kanistr, 10 l.                              –10 °С-dən +30 °С-dək



  
Məhv edilən obyektlər: Toyuq darısı, qıllıca (şetinnik) (növləri), vələmir (yulafça), mədəni darı ( tökülmüş dəndən göyərmiş sünbül), tülküquyruğu, adi süprək (hamaşıqçi əkli bitki, adi qırtıc (dişə).

  Təsir
etmə mexanizmi: Preparat kontakt-sistem təsirinə malikdir. Bitkilərin yerüstü orqanlarına tez keçir, böyümə nöqtələrində yığılır. Meristem toxumalarında yağ turşularının biosintezinə mane olur, böyümə nöqtələrində hüceyrə membranlarının əmələ gəlməsinin qarşısını alır ki, bu da böyümə nöqtələrinin və bütün bitkinin ölümünə səbəb olur.

  Təsir
etmə sürəti: Çiləmədən sonra ilk 2 gün ərzində həssas alaq otlarında aktiv böyümə dayanır. Görünən məhv olma əlamətləri hava şəraitindən və alaq otlarının inkişaf fazasından asılı olaraq 7-10 gündən sonra görünür. Onların tam məhv olunması 14-21 gün ərzində baş verir.

  Qoruyucu təsir
müddəti: Preparat tətbiq olunduqdan sonra dar yarpaqlı alaq otlarının böyüməsinin qarşısını alır. Yeni dalğa olmadıqda, məhsul yığımına qədər sahə alaq otlarından təmizlənir. 

  Digər
preparatlarla uyğunluq: Məsələn, Şans 24 KE, Şans DKB VR, Prishans SE və s. Kimi auksinəbənzər herbisidlərlə qarışmasından çəkinmək lazımdır. Herbisid - asetolaktatsintaz inhibitorları ilə qarışdırılmasına icazə verilir. Lakin, taxıl (dənli) alaq otlarının sayı çox olarsa, onu hər hansı digər ikiləpəlilərə qarşı herbisidlərlə qarışdırmamaq daha yaxşıdır. Preparat funqisidlər, insektisidlər və böyümə stimulyatorları, mikro gübrələrlə uyğun gəlir. İstifadə etməzdən əvvəl, az miqdarda işçi məhlulda preparatların uyğunluğunu yoxlamaq tövsiyə olunur.

  
Fitotoksikliyi: Buğda preparata qarşı son dərəcə dözümlüdür. Preparatın yumşaq təsiri artan miqdarda antidotun olması ilə əlaqədardır. Preparatı arpa və yulaflar üçün istifadə etmək olmaz. 

  Əkin dövriyyəsinə məhdudiyyətlər: Tətbiqdən sonra növbəti il istənilən bitkiləri həmin sahədə əkmək olar.

  Təhlükə sinfi: 3-cü təhlükə sinfi, arılar üçün 3-cü təhlükə sinfi

  Kimyəvi sinfi: ariloksifenoksipropionatlar





Tətbiq qaydaları

İstifadə norması, kq/ha

      Bitki

     Zərərli obyektlər

Tətbiq etmə üsulu, vaxtı,  istifadə xüsusiyyətləri

  Gözləmə müddəti (Tətbiq  sayı)  

              0,3

 Yazlıq  payızlıq     buğda

     Vələmir (yulafça)


Bitkinin inkişaf fazasından asılı 

olmayaraq alaq otlarının erkən 
inkişaf fazasından (2-3 yarpaq) yazda əkinlərin çilənməsi. 
İşçi məhlulun sərfi 
200-300 l/ha

                        60 (1)

 

 

 



                                                                                                               0,4-0.5

 vz                                                                                                                 Qıllıcalar

 


 



 


              0,5

 Quş darısı (darıcıqlar)


Bitkinin inkişaf fazasından asılı olmayaraq alaq otlarının erkən 
inkişaf 
fazasında (2-yarpaq) 
əkinlərin çilənməsi. İşçi məhlulun 
sərfi 200-300 l/ha

 

 

 


 

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X