DUŞANS EK

DUŞANS EK

Təsiredici maddə: 960 qr/ l S-Metolaxlor
Geniş təsir spektrli, bir çox, əsasən, ikiləpəli bitkilər üçün seçilən, cücərmədən öncə tətbiq etmək üçün effektiv herbisid.
Preparatın üstünlükləri:

  • Bitkiləri alaq bitkiləri ilə rəqabəti istisna edən erkən, daha kritik inkişaf dövründə etibarlı şəkildə müdafiə edir.
  • Həddindən çox doza tətbiq edildiyi halda belə, fitotoksik deyil.
  • Tətbiqi yüksək texnolojidir, çünki uçucudur onu şum altına vermədən tətbiq etmək olar.

  Emulsiya konsentratı (EK)                        3 il.

  Kanistr, 10 l.                                           
–5 °C-dən +30 °C-dək

  Məhv edilən obyektlər: Duşans birillik dənli alaq otlarını - qıllıcaları, toyuq darısını, adi darı və ikiləpəli alaq otlarını - qırxbuğum, amarant, dalamaz, çobanyastığı növlərini, ağımtıl tərəni, yabanı xardalı, adi pıtrağı, qara quşüzümünü, quşəppəyini, dirrik pərpərənini, adi cincilimi və s. uğurla məhv edir.
  
 Təsir mexanizmi: Duşans alaq otlarının uzanma prosesini blok edir. Dənli alaq otlarında preparat koleoptildən nüfuz edir, bu zaman cücərti burulur və məhv olur. İkiləpəli alaq otlarında herbisid ləpədən nüfuz edir və həmçinin onların məhv olmasına səbəb olur, yəni preparat alaq otlarının uzanma fazasında sorulur və, hələ cücərtilər əmələ gəlmədən, onların məhv olmasına səbəb olur.
  
Təsir sürəti: Duşans alaq bitkilərinə, onların uzanmasının və torpağın səthində əmələ gəlməsinin qarşısını almaq üçün koleoptildən təsir göstərir.
  
Qoruyucu təsir müddəti: Duşans 8- 10 həftə ərzində əkinlərin müdafiəsini təmin edir.
  
Tətbiq normaları və müddətləri: Duşans səpindən öncə (hətta bir neçə həftə öncə), səpin üçün hazırlanmış torpağa və ya səpindən sonra, alaq otları əmələ gələnə qədər tətbiq edildikdə, daha çox effektiv olur. Quraqlıq şəraitində Duşans herbisidinin təsirinin təminatı kimi kiçik dərinlikdə (2- 4 sm) çıxış edir. Bitkidən, torpaqdakı humus miqdarından, torpağın hazırlığından, hava şəraitindən asılı olaraq, herbisidin sərfiyyat norması 1,3 l/ ha-dan 2 l/ ha 

qədər olan intervalda dəyişir. İşçi məhlulun sərfiyyatı - 200- 400 l/ha. Çiləmə səhər və ya axşam saatlarında, küləksiz havada, preparatın qonşu bitkilərə düşməsinə yol vermədən, həyata keçirilir.
  İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlulu bilavasitə çiləmədən əvvəl hazırlanır. Çiləyici çəninin 1/3 hissəsi təmiz su ilə doldurulur, qarışdırıcı işə salınır, zəruri miqdarda preparat əlavə edilir, həmcins kütlə əldə olunana qədər qarışdırılır və tam dolana qədər əlavə su tökülür. İşçi məhlulu hazırlandığı gün istifadə olunmalıdır. Preparat, ikiləpəlilərə qarşı təsirə malik herbisidlərlə qarışdırılaraq, istifadə edildiyi zaman, əvvəlcə, ikiləpəlilərə qarşı herbisidin olduğu məhlul hazırlanır, daha sonra isə, qarışdırıcı işləyə- işləyə, Duşans əlavə edilir.
  
Çiləyicinin təmizlənməsi: Herbisidlə iş başa çatdırıldıqdan sonra, çiləyicini və səpələmə avadanlığı əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yuyulur.
  
Digər preparatlarla qarışdırılması: İkiləpəli alaq otlarına təsir spektrinin genişləndirilməsi üçün, Duşansı ikiləpəlilərə qarşı herbisidlərlə çən qarışığında istifadə etmək olar. Lakin qarışdırılan preparatların uyğunluğunu yoxlamaq məsləhətdir.
  
Təhlükə sinfi: 3-cü təhlükə sinfinə (mülayim təhlükəli birləşmə) aiddir. Torpaqda davamlılığına görə 2-ci sinif. Preparat quşlar və arılar üçün, demək olar ki, toksik deyil, balıqlar üçün toksikdir. Balıqçılıq hovuzları ətrafında sanitariya zonasında 500 m məsafədə, çay sahillərindən 2 km-dən yaxın olmamaqla tətbiq etmək qadağandır.


Tətbiq
 qaydaları


Preparatın 
tətbiq norması, l/ha

       Bitki

 Zərərli  obyekt 

  Tətbiq  qaydası    vaxtı  

  Gözləmə  müddəti  /  tətbiqin  sayı 





           1,3-
1,6




  Qarğıdalı  
(toxumluq),  soya,   günəbaxan,şəkər  çuğunduru,  pambıq 



 Birillik
  taxıl  fəsiləsi
 və   bəzi ikiləpəli alaq otları

 
 Əkinə
qədər ya bitkinin
   cücərtiləri çıxana qədər   torpağın çilənməsi.

Quraqlıq şəraitində preparatın birqədər basdırılması (5 sm-dən artıq olmayan dərinliyə) tövsiyə edilir. İşçi məhlul sərfi– 200-400 l/ha.






              60
(1)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X