Təsiredici maddəsi: 800 qr/ kq Fipronil
Kompleks zərərverici ilə mübarizə üçün kontakt- bağırsaq təsirli insektisid
Preparatın üstünlükləri:
- Geniş spektrdə torpaq və yerüstü zərərvericilərin məhv edilməsi.
- Zərərvericiyə anında ilkin təsirin göstərilməsi.
- Müdafiə təsiri 2 həftədən 4 həftəyədək.
- Fosforlu üzvi birləşmələrə, piretroidlərə və karbonat birləşmələrinə qarşı dayanıqlı olan zərərvericiləri nəzarət altında saxlayır.
- Çən qarışıqlarında insektisidlərlə, fungisidlərlə, bitkilərin böyüməsi tənzimləyiciləri ilə və mikrogübrələrlə qarışdırıla bilər.
- Yağışla yuyulmağa və yüksək temperaturlara qarşı yüksək dayanıqlıq.
Suda dispersiya olan qranul (SDQ).
3 il
Flakon, 0,5 kq.
-30 °С-dən +30 °С-dək
Məhv edilən obyektlər: Kolorado böcəyi, ziyankar
bağacıq, taxıl yarpaq böcəyi (Oulema),
karabid böcəyi, çəyirtkə,
şəkər çuğunduru cücərtilərinin zərərverici kompleksi.
Təsir mexanizmi: Şans Profi, SDQ kəskin təmas və bağırsaq təsirinə
malikdir. Təmas fəallığı sayəsində, yəni, çiləmə zamanı və ya çiləmədən
sonra preparat zərərverici
ilə
təmasa etdikdə, habelə, bağırsaq təsiri sayəsində, bitkilərin çilənmiş
hissələri ilə qidalanma zamanı zərərverici dərhal məhv olur.
Təsir sürəti: Qidalanma 1-2 saatdan sonra
dayanır, zərərverici bir sutka ərzində məhv olur.
Müdafiə təsiri dövrü: Bioloji effekt, zərərverici növündən və hava şəraitindən asılı olaraq,
2-4 həftə ərzində
davam edir.
Tətbiq normaları və müddətləri: Çiləmə zərərvericilərin aktiv qidalanması başladığı dövrdə həyata keçirilməlidir. Karabid böcəyinə qarşı preparatın payızda I-II yaşda sürfələrə, yazda isə (qışı keçirmiş sürfələrə qarşı) aktiv qidalanma dövründə çilənməsi daha effektiv olur. Preparatın balıq təsərrüfatı hovuzları sanitariya zonasında istifadə edilməsi qadağandır.
Digər preparatlarla qarışdırılması: Şans Profi, SDQ digər
insektisidlərlə, fungisidlərlə, böyümə tənzimləyiciləri ilə və mikrogübrələrlə çən
qarışığında istifadə oluna bilər, lakin,
qarışdırmazdan öncə, uyğunluq testi keçirmək zəruridir.
Fitotoksiklik: Tövsiyə olunan normalarda və istifadə müddətlərində
preparat bitkilərə qarşı
yüksək seçim dərəcəsinə malikdir. Arılar üçün çox təhlükəlidir (sərhəd- müdafiə
zonası - ən azı 4- 5 km).
Arılar üçün təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.
Tətbiq qaydaları
|
Tətbiq norması, kq/ ha |
Bitki |
Zərərli obyektlər |
Tətbiq qaydası və vaxtı |
|
0,02-0,025 |
Kartof |
Kolorado böcəyi |
Vegetasiya dövründə çiləmə. İşçi məhlulun sərfiyyatı - 200- 400 l/ha. |
|
0,03 |
|
Ziyankar bağacıq |
Sürfələrin sayı ən azı 1 sürfə/ m2 olmaqla, süd yetişkənliyi fazasında çiləmə. İşçi məhlulun sərfi- yyatı - 200- 400 l/ha. |
|
0,0225 |
Taxıl yarpaq böcəyi |
Vegetasiya dövründə çiləmə. İşçi məhlulun sərfi- yyatı - 200- 400 l/ha. |
|
|
0,03 |
Payızlıq qarğıdalı |
(Oulema) |
Cücərtilər yarandığı dövrdə çiləmə. İşçi məhlulun sərfiyyatı - 100- 200 l/ ha. |
|
0,02 |
Yazlıq arpa |
Karabid böcəyi |
Vegetasiya dövründə çiləmə. |