İMİDAŞANS PLYUS SK

İMİDAŞANS PLYUS SK

Təsiredici maddə: 150 qr/ l Imidakloprid + 50 qr /l Lyambda-Siaqlotrin
Gəmirici sorucu zərərvericilər kompleksinə, o cümlədən, gizli yaşayanlara qarşı mübarizə üçün kontakt -sistemik təsirə malik olan insektisid.


Preparatın üstünlükləri:

  • Piretroidlərə fosforlu üzvi birləşmələrə qarşı dayanıqlı olan zərərvericilər populyasiyasına qarşı yüksək effektivliyə malikdir.
  • Gizli yaşayan və yarpağın aşağı tərəfində, habelə, bitkilərin insektisidin düşmədiyi digər hissələrində qidalanan zərərvericiləri məhv edir.
  • Təsir sürəti ilə uzunmüddətli müdafiə təsirini özündə birləşdirir.
  • Yağıntılara, istiyə birbaşa günəş şüalarının təsirinə qarşı dayanıqlığa malikdir.


  Suspenziya konsentratı (SK).           2 il

  Kanistr, 5 l.                                  
-5°С-dən +25°С-dək


  Məhv edilən obyektlər: Üçqat təsiri (kontakt, bağırsaq və sistem təsir) sayəsində, İmidaşans Plyus bir sıra gəmirici, sorucu, gizli yaşayan (saplaq mişarcıları) zərərvericilərə, o cümlədən, bitkilərlə qidalanan gənələrə qarşı yüksək effektiv və sürətli təsir göstərən insektisiddir.
  
Təsir sürəti: Preparat, həşəratın orqanizminə düşərək, 24 saat ərzində onun ölümünə səbəb olur.
  
Müdafiə təsiri dövrü: Orta hesabla 14- 21 gün.
  
Tətbiq normaları və müddətləri: Cücərti zərərvericilərinə (taxıl, xaççiçəklilər, çuğundur birələrinə və s.) qarşı İmidaşans Plyus bitki əkinlərində cücərtilərə, qalan növ həşəratlara qarşı isə bitkilərin vegetasiya dövründə, bu və ya digər zərərvericinin verdiyi zərərin iqtisadi ziyanlı həddə görə, tətbiq edilir. Preparatın sərfiyyat normaları yaşı az olan sürfələrin məhv edilməsi zamanı minimum, imaqo və yaşı çox olan sürfələrin məhv edilməsi zamanı isə maksimum təşkil edir.
  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul bilavasitə olaraq tətbiqdən öncə hazırlanır. Əvvəlcə çiləyici çəninə lazım olan su miqdarının yarısı tökülür, daha sonra, qarışdırıcı işləyə-işləyə, tələb olunan miqdarda preparat əlavə edilir, bundan sonra isə tələb olunan miqdarda suyu tökülür.
  
Çiləyicinin təmizlənməsi: İmidaşans Plyus tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
  
Digər preparatlarla uyğunluğu: İmidaşans Plyus fungisidlərlə qarışıqda istifadə edilə bilər.
  
Fitotoksiklik: Tövsiyə olunan normalarda preparat tətbiq olunan bitkilərə toksik təsir göstərmir. İmidaşans Plyus arılar üçün çox təhlükəlidir (arılar üçün sərhəd - müdafiə zonası - ən azı 4- 5 km).
  T
əhlükə sinfi: 3-cü təhlükə sinfinə (mülayim təhlükəli birləşmə) aiddir, torpaqda dayanıqlığına görə 2-ci sinif.



Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

Bitki

     Zərərliobyekt

   Tətbiq qaydası vaxtı

Gözləmə müddəti  tətbiqin sayı

 

 

0,3-0,5

 

Payızlıq buğda

Ziyankar bağacıq, mənənələr, taxıl böcəkləri, buğda tripsi, taxıl birəcikləri

Vegetasiya dövründə çilənmə. İşçi məhlul sərfi– 200-400 l/ha.

 

 

28 (2)

 

0,4-0,5

 

Üzüm

 

Yarpaqbükənlər

Vegetasiya dövründə çilənmə. İşçi məhlul sərfi – 800-1200 l/ha.

 

10 (2)

0,7-1,0

 

 

Pambıq

Ağqanadlı kəpənək, pambıq sovkası

 

Vegetasiya dövründə bitkilərin çilənməsi. İşçi məhlul sərfi 200-400 l/ha.

 

 

30 (1)

0,4-0,5

Mənənələr

 

0,4-0,5

 

Alma

Meyvəyeyənlər, yarpaqbükənlər

Yazda çiçəkləməyə qədər çilənmə. İşçi məhlul sərfi – 800-1500 l/ha.

 

30 (1)

 

 

0,3-0,4

 

 

Tut

 

 

Tut odlucası

Vegetasiya dövründə zərərvericinin ilkin sirayətləndirmə fazasında çilənmə. İşçi məhlul sərfi – 800-1200 l/ha.

 

 

- (2)

 

 

0,4-0,5

 

 

Nar

 

Çanaqlı yastıcalar, meyvəyeyənlər

Vegetasiya dövründə bitkilərin çilənməsi. İşçi məhlul sərfi –

800-1500 l/ha.

 

 

30 (1)

 

 

0,7 - 1,0

 

 

Qarğıdalı

Qargıdalı qurdu,

 

qarğıdalı qiça qurdu

Vegetasiya dövründə çiləmə.

İşçi məhlul sərfi -

200-400 l/ha

 

 

30 (1-2)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X