Təsiredici
maddə: 50
qr/l Lyambda-
Siaqlotrin
Demək olar ki bütün bitkilərin yarpaqyeyən və sorucu həşəratlardan qorunması üçün nəzərdə
tutulub.
Preparatın üstünlükləri:
- Dənli bitkilərdə, dənli- paxlalı bitkilərdə, şəkər çuğundurda və s. bir çox zərərverici növlərinin məhv edilməsi üzrə yüksək effektivlik göstərir.
- Zərərli həşəratların demək olar ki anında ölümünə səbəb olur.
- Yüksək iqtisadi effektivliyə malikdir və istifadəsi asandır.
Emulsiya konsentratı (EK).
3 il
Kanistr, 5 l.
–10°С-dən +30°С-dək
Məhv edilən obyektlər: Karatoşans bir sıra zərərvericilərə qarşı yüksək
effektivliyə malik və sürətli təsir göstərən
insektisiddir: mənənələr ailəsi, zəllicə
böcəyi, taxıl milçəkləri, mişarcılar,
ziyankar bağacıq, birələr, çuğundur
uzunburnu, tripslər, çəyirtkəkimilər, çəmən kəpənəyi və s.
Təsir
mexanizmi: Kontakt-bağırsaq təsirli preparat.
Tez bir zamanda həşəratın orqanizminə
nüfuz edir. Çox kəskin repellent xüsusiyyətlərə malikdir, hətta subletal dozalarda belə. Sinir sistemini zədələyir, hüceyrə membranlarının keçiriciliyini pozur,
natrium kanallarını blok edir.
Təsir sürəti:
Preparat anında
həssas həşəratların ölümünə səbəb olur.
Tətbiq normaları və müddətləri: Karatoşans ilk zədələnmə əlamətləri özünü büruzə verdikdə, vegetasiya edən bitkilərin
müdafiəsi üçün tətbiq olunur. Preparatın sərfiyyat normaları yaşı az olan tırtılların
və ya sürfələrin məhv edilməsi üçün minimum, imaqo və yaşı çox olan sürfələrin məhv edilməsi üçün isə, habelə, zərərvericilərin
sayı çox olduğu zaman maksimum təşkil edir. Həşəratların
məhv edilməsi üzrə maksimal effekt
onların aktiv qidalanma
dövründə çiləmə zamanı əldə edilir.
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul tətbiqdən
öncə hazırlanır. Əvvəlcə çiləyici
çəninə bir az su tökürlər
(təxminən 300- 400 l).
Daha sonra, hidroqarışdırıcı işləyə-işləyə
tələb olunan miqdarda preparat tökülür.
Yaxşıca qarışdırılır və tam dolana qədər əlavə olaraq su tökülür. İşçi məhlulu hazırlandığı gün tətbiq edilir. Çiləyici məcburi olaraq, içində işlənməmiş məhlul ola-ola, dayandırıldığı hallarda, hidroqarışdırıcını söndürmək olmaz, çünki qarışdırılmadığı halda,
3- 4 saat sonra preparat çöküntü verə bilər.
Çiləyicinin təmizlənməsi: Karatoşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla
yaxşıca yumaq zəruridir.
Preparatın effektivliyinə təsir göstərən amillər:
- Preparatı havanın temperaturu +15°С-dən aşağı olduqda tətbiq etmək lazım deyil.
- Karatoşans açıq günəş işığı altında sürətlə parçalanır, buna görə, çiləməni axşam vaxtı və ya buludlu havada gündüz vaxtı həyata keçirmək daha yaxşı olar.
- Günün isti vaxtında, temperatur +25°С-dən yüksək olduqda, habelə, bol şeh zamanı və yaxın 1,5- 2 saat ərzində yağışın yağacağı gözləndiyi zaman çiləməni həyata keçirmək olmaz.
Digər preparatlarla uyğunluğu: Preparat insektisidlərə, fungisidlərə, herbisidlərə, böyümə tənzimləyicilərinə
və mikrogübrələrə uyğundur.
Təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə (çox təhlükəli birləşmə) aiddir. torpaqda dayanıqlığına görə 2-ci sinif.
Tətbiq qaydaları
|
Preparatın tətbiq norması, l/ha |
Bitki |
Zərərliobyekt |
Tətbiq qaydası və vaxtı |
Gözləmə müddəti / tətbiqin sayı |
|
0,3-0,5 |
Buğda |
Taxıl böcəkləri, tripslər |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha |
40 (2) |
|
0,3-0,5 |
Ziyankar bağacıq, mənənələr, yarpaq biti |
|||
|
0,3-0,5 |
Dənli bitki milçəkləri |
|||
|
Arpa |
Mənənələr, yarpaq bitləri, tripslər, dənli bitki milçəkləri |
|||
|
1,0-1,5 |
Pambıq |
Mənənələr, gənələr, pambıq sovkası, ağqanadlı |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi 200-400 l/ha |
30 (2) |
|
0,7-1,0 |
Alma |
Meyvəyeyənlər, yarpaqbükənlər, mənənələr |
Vegetasiya dövründə bitkilərin çilənməsi. İşçi məhlul sərfi : 800-1000 l/ha |
20 (2) |
|
0,6-0,8 |
Nar |
Mənənələr, meyvəyeyənlər, güvələr, çanaqlı yastıcalar, gənələr |
Vegetasiya dövründə bitkilərin çilənməsi. İşçi məhlul sərfi : 800-1000 l/ha |
20 (2) |
|
0,05 |
Kələm |
Kələm güvəsi, kələm sovkası, kələm və turp ağ kəpənəkləri |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi : 200-400 l/ha |
20 (1) |
|
0,05 |
Açıq sahə pomidoru |
Kolorado böcəyi |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi : 200-400 l/ha |
20 (1) |
|
0,3-0,5 |
Soğan |
Soğan milçəyi |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi : 200-400 l/ha |
20 (2) |
|
0,3-0,5 |
Soğan |
Tripslər |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi: 200-400 l/ha |
20 (2) |
|
0,3-0,5 |
Şəkər çuğunduru |
Çəmən kəpənəyi |
Vegetasiya dövründə çiləmə. İşçi məhlul sərfi : 200-400 l/ha |
20 (1) |
|
0,3-0,5 |
Şəkər çuğunduru |
Şəkər çuğunduru birələri, Şəkər çuğunduru yarpaq mənənəsi |
Cücərtilərin çilənməsi. İşçi məhlul sərfi : 100-300 l/ha |
20 (1) |
|
0,5-0,7 |
Üzüm |
Yarpaqbükənlər, gənələr |
Vegetasiya dövründə bitkilərin çilənməsi. İşçi məhlul sərfi : 600-800 l/ha |
30 (2) |
|
0,5 |
Тut |
Tut odlucası |
Vegetasiya dövründə çiləmə. Zərərverici ilə sirayətlənmənin ilkin fazasında. İşçi məhlul sərfi 800-1200 l/ha |
- (2) |