Amin turşuları əsasında xelat formasında üzvi mineral gübrə.

Zəmanətli tərkib (q/l)
150 Azot
120 Sink
16 Maqnezium
0,014 L-alanin
0,002 Qlutamin turşusu
Preparatın üstünlükləri:
- Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının 15-20% artırır.
- Yarpaqlarda xlorofilin yaranmasını və onun fotosintez fəaliyyətini gücləndirir.
- Zülal və karbohidratlar mübadiləsində iştirak edir.
- Zülalların, şəkərin və vitaminlərin artırılması sayəsində, kənd təsərrüfatı məhsullarının keyfiyyətini artırır.
- Bitkilərin istiyə, soyuğa və quraqlığa qarşı dayanıqlığına səbəb olur.
- Spor sayı az olduqda, bitkilərin xəstələnmə ehtimallarını azaldır.
- Bitkilərdə herbisidlərin səbəb olduğu stressi azaldır.
- Preparat ətraf mühit və insan üçün zərərsizdir, IV təhlükə sinfinə aiddir.
Maye (M)
3il
Kanistr, 10 l.
0 °С-dən 35 °С-dək
Başqa preparatlarla qarışdırılması: Mikropolidok Sink bir çox bitki müdafiə vasitələri ilə qarışdırıla bilər, buna baxmayaraq, istifadə etməzdən öncə, uyğunluq testi keçirmək zəruridir.
İstifadəyə dair tövsiyələr: Preparatı "İstifadə üzrə reqlamentə" uyğun olaraq istifadə etmək məsləhətdir.
İşçi məhlulun hazırlanması: Əvvəlcə, çiləyici çəninə 300- 400 l su tökülür, daha
sonra, qarışdırıcı işləyə- işləyə, tələb olunan miqdarda preparat əlavə
edilir. Preparatı çiləyiciyə tökməzdən öncə, kanistri yaxşıca silkələmək lazımdır. Preparatdan sonra qalan qabı üç dəfə təmiz su ilə yaxalayır və onu çiləyici
çəninə tökürlər. İşçi məhlulun qarışdırıldığı müddət ən azı 7- 10 dəqiqə təşkil edir.
Saxlama: Mikropolidok
Sinki birbaşa günəş şüalarının düşməsindən qorunan
yerdə, 0оС-dən +30оС-dək olan temperatur
şəraitində, istehsal tarixindən etibarən 3 il
ərzində, saxlamaq zəruridir. Təhlükə
sinfi: IV
Qablaşdırma:
Kanistr, 10 l
Zəmanətin qüvvədə olduğu saxlama müddəti: 3 il tətbiq etməzdən öncə, onların fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
İstifadəyə dair tövsiyələr: Mikropolidok Plus dənli, dənli- paxlalı, yağlı bitkilərin çilənməsi üçün, pestisidlərlə birgə, habelə,
bitkilərin əsas inkişaf
fazalarında kökdən kənar qidalandırma üçün istifadə oluna bilər. Mikropolidok Plus gübrəsinin əkindən öncə toxumlara çilənməsi pestisidlərin stress təsirini
azaldır, sahədə cücərmə qabiliyyətini 10- 15%, kollanmanı artırır,
bitkilərin əyilməsinə qarşı dayanıqlığı, immuniteti, quraqlığa qarşı dayanıqlığı, məhsul və keyfiyyət
üzrə bitkinin potensialını artırır. Preparatın payızlıq
bitkilərin toxumlarına əkindən
öncə çilənməsi, kök sisteminin böyüməsi və kollanma
düyünündə metabolitlərin
toplanması sayəsində, bitkilərin qışa dayanıqlığının artmasına səbəb olur. Kiflənmə, qar kifinin və kök çürüntülərinin zədələməsi riskini əhəmiyyətli dərəcədə azaldır. Dənli, dənli- paxlalı və digər bitkilərin Mikropolidok Plus ilə çilənməsi pestisidlərlə dərmanlama ilə eyni zamanda həyata keçirilir. Preparatın sərfiyyat norması 0,5-1,0 l/ t, işçi məhlulun sərfiyyatı isə 10 l/ t təşkil edir. Kökdən kənar qidalanmanın tətbiq edilməsi böyük əhəmiyyətə
malikdir ki, bunu vegetasiya dövründə 2-3 dəfə etmək əhəmiyyət kəsb edir.
İşçi məhlulun hazırlanması: Preparatın toxumlara çilənməsi zamanı, əvvəlcə, dərmanlama maşınının çəninin 1/3 hissəsi su ilə doldurulur, daha sonra qarışdırıcı aktiv edilir və gübrə tökülür, 5 dəqiqə ərzində
qarışdırılır, daha sonra isə əlavə su tökülür, dərmanlayıcılar və digər preparatlar əlavə edilir. Qumatlar və biopreparatlar son olaraq əlavə edilir. Əldə olunan məhlulu 4 saat ərzində istifadə etmək zəruridir. Gübrə ilə iş bitdikdən sonra, dərmanlama maşınının çirklənməsinin və korroziyasının qarşısının almaq məqsədilə, çəni, boru kəmərlərini və forsunkaları çoxlu miqdarda su ilə yumaq lazımdır. Bunun üçün, çənin yarısı
təmiz su ilə doldurulur və maşın qısamüddətli işə salınır. Kökdən kənar qidalandırma zamanı Mikropolidok Plus çən qarışıqlarında pestisidlərlə və digər aqrokimyəvi maddələrlə istifadə edilə bilər, lakin əvvəlcədən onların uyğunluğunu yoxlamaq lazımdır. Mikropolidok Plus çən qarışığına, qarışdırıcı işləyə- işləyə, birinci
daxil edilir. Digər aqrokimyəvi maddələr daxil edilməzdən öncə, yaxşıca qarışdırılır və su qatılır. Küləkli və isti günəşli havada (25°С-dən yüksək temperatur şəraiti) kökdən kənar qidalanmanı həyata
keçirmək tövsiyə olunmur.
Tətbiq qaydaları
|
Bitki |
Preparatın tətbiq dozası |
Vaxt, tətbiq xüsusiyyətləri |
|
Qarğıdalı, dənli, dənli- paxlalı bitkilər |
0,3-0,5 l/ t İşçi məhlulun sərfiyyatı – 10 l/ t |
Əkindən öncə preparatın toxumlara çilənməsi. |
|
Qarğıdalı, sorqo |
0,15-0,25 l/ ha İşçi məhlu- lun sərfiyyatı – 200- 300 l/ ha |
Kökdən kənar qidalandırma: 1 mərhələ – 4-6 yarpaq, 2 mərhələ – 12-14 gün sonra. |
|
Dənli bitkilər |
0,1-0,2 l/ ha İşçi məhlulun sərfiyyatı – 200- 300 l/ ha |
Kökdən kənar qidalandırma: 1 – kollanma fazasında, 2 – boruya çıxma fazasında. |
|
Dənli- paxlalı bitkilər |
Kökdən kənar qidalandırma: 1 – 6-8 yarpaq fazasında, 2 – qönçələmə fazasında. |
|
|
Kartof, şəkər və süfrə çuğunduru |
0,15-0,25 l/ ha İşçi məhlu- lun sərfiyyatı – 200- 300 l/ ha |
Kökdən kənar qidalandırma: birinci – cücərtilər əmələ gəldikdən 12-15 gün sonra, ikinci – birincidən 10-15 gün sonra. |
|
Günəbaxan |
0,1-0,2 l/ ha İşçi məhlulun sərfiyyatı – 200- 300 l/ ha |
Kökdən kənar qidalandırma: 1 – 2-3 cüt əsl yarpaq mərhələsi, 2 – 5-6 cüt əsl yarpaq mərhələsi, 3 – çiçəkləmədən öncə. |
|
Kətan |
Kökdən kənar qidalandırma: 1 – «şam ağacı» fazasında, 2 – çiçəkləmədən öncə. |
|
|
Tərəvəz bitkiləri |
Vegetasiya dövründə çiləmə, 6-8 inkişaf etmiş yarpaqlardan başlayaraq, sonrakı – 12-15 gün intervalla və ya sink aclığı əlamətləri əmələ gəldiyi zaman. |
|
|
Meyvəli, giləmeyvəli, sitrus bitkiləri, üzüm |
0,15-0,25 l/ ha İşçi məhlu- lun sərfiyyatı – 1000 l/ ha qədər |
Vegetasiya dövründə çiləmə: 1 – çiçəkləmədən öncə, 2 – çiçəkləmədən sonra, sonrakı – 12-15 gün intervalla və ya sink aclığı əlamətləri əmələ gəldiyi zaman. |