STROBİŞANS PRO SK

STROBİŞANS PRO SK

Təsiredici maddə: 200 qr/ l Azoksistrobin + 80 qr/ l Siprokonazol 
Dənli bitkilərin şəkər çuğunduru mühafizəsi üçün kombinə edilmiş sistem təsirli fungisid.


Preparatın üstünlükləri:

  • Bitkilərə əlverişsiz ətraf mühit şəraitinə (havanın quraqlığı, abiotik stresslər, yüksək dərəcədə ultrabənövşəyi şüalar və s.) qarşı tab gətirməyə imkan verir.
  • Xəstəliklərə effektiv şəkildə nəzarət edir, bitkiyə maksimal məhsuldarlıq formalaşdırmağa kömək edir.
  • Hormonal balansın tənzimlənməsi, antioksidant müdafiənin aktivləşdirilməsi, su mübadiləsinin və azotun mənimsənilməsinin optimallaşdırılması sayəsində, bitkinin fizioloji proseslərinə əhəmiyyətli təsir göstərir.
  • Dənli bitkilərdə antistress mexanizmlərini gücləndirir ki, bu da onların potensial məhsuldarlığını abiotik stress şəraitində belə təmin edir.
  • Kökətrafı çürüntülərin, xüsusilə də ofiobolezin effektiv profilaktikası; bitkilərin sonrakı inkişaf dövrlərində sünbül üzərindəki qara örtüyə (alternarioz, helmintosporioz) nəzarət.


  Suspenziya konsentratı (SK).       3 il

  Kanistr, 10 l                                   
-5°С-dən +25°С-dək


  Məhv edilən obyektlər: Buğdada - unlu şeh, qonur və gövdə pası, yarpaqların və sünbülün septoriozu, pirenoforozu, sünbül fuzariozu, sünbülün qara örtüyü; arpada - unlu şeh, cırtdan pas, torşəkilli və tünd qonur xallar, rinxosporioz; çovdarda - qonur və saplaq pası, rinxosporioz, septorioz, zeytun kifi.
  
Təsir mexanizmi: Preparatın aktiv maddələri olan azoksitrobinin və siprokonazloun əhəmiyyətli hissəsi bitkinin assimilyasiya edən hissələri tərəfindən udulur və bitkinin ksilemasında akropetal şəkildə yayılmağa başlayır.
  
Təsir sürəti: 1 saat ərzində, preparat bitkinin ksilemasında akropetal şəkildə yayılır, həmin andan etibarən, preparatın xəstəlik törədiciləri üzərindəki təsir özünü büruzə verməyə başlayır.
  
Qoruyucu təsir dövrü: 2-3 həftə.
  
Tətbiq normaları müddətləri: Profilaktik məqsədlərlə, bitkilərin çiləməsi onlar çiçəkləmədən öncə, profilaktik çiləmə isə göbələk zədəsinin ilk görünən simptomları özünü büruzə verən kimi həyata keçirilir. Zərurət yarandıqda, çiləməni 3 həftədən sonra təkrarlamaq lazımdır. Mövsüm ərzində çiləmə 2 dəfədən çox həyata keçirilməməlidir. Son çiləmədən məhsul yığımına qədər ən azı bir ay keçməlidir.
  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul çiləmədən dərhal əvvəl hazırlanır. Əvvəlcə, çiləyici çəninə təxminən 1/3 hissəsi qədər su tökülür, daha sonra, hidorqarışdırıcı işləyə-işləyə, zəruri miqdarda preparat tökülür. 7- 10 dəqiqə ərzində qarışdırılır. Daha sonra tam dolana qədər su doldurulur. Qarışdırma prosesi çiləmə zamanı da fasiləsiz olaraq davam etdirilir.
  
Çiləyicinin təmizlənməsi: Strobişans Pro tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış susuzlaşdırılmış soda məhlulu ilə yumaq zəruridir.
  
Digər preparatlarla uyğunluğu: Preparatın digər pestisidlərlə qarışdırılması zərurəti yarandığı zaman qarışdırılan preparatların uyğunluğunu yoxlamaq tövsiyə olunur.
  
Fitotoksiklik: Preparatın firma tərəfindən hazırlanmış tövsiyələrə ciddi riayət etməklə istifadəsi zamanı fitotoksikliyin əmələ gəlmə riski yaranmır.
  
İnsan üçün təhlükə sinfi: Preparat 2-ci təhlükə sinfinə aiddir.
  
Arılar üçün təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə aiddir.


Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

      Bitki

     Zərərli obyekt

     Tətbiq qaydası vaxtı

  Gözləmə müddəti /  tətbiqin sayı  

 

 

 

 

0,5-1,0

 

 

 

 

 

 

Payızlıq buğda

 

Qonur pas, gövdə pası, yarpaqların və sünbülün septoriozu, sünbül qaralması, külləmə, pirenoforoz

 

Vegetasiya dövründə çilənmə: birinci – xəstəliyin ilkin əlamətləri meydana gəldiyi zaman, ikinci – zərurət olduqda, 21 günlük intervalla. İşçi məhlul sərfi – 300 l/ha.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

48 (2)

 

 

0,75-1,0

 

 

Sünbül fuzariozu

Vegetasiya dövründə çilənmə: sünbül bağlamanın sonu – çiçəkləmənin əvvəli. . İşçi məhlul sərfi – 300 l/ha.

 

 

 

0,5-1,0

 

 

Payızlıq

arpa

Tor şəkilli ləkə, tünd-qonur ləkə, rinxosporioz, külləmə, pas, yarpaqların fuzarioz ləkəsi

Vegetasiya dövründə çilənmə: birinci – xəstəliyin ilkin əlamətləri meydana gəldiyi zaman, ikinci – zərurət olduqda, 21 günlük intervalla. İşçi məhlul sərfi – 300 l/ha.

 

 

 

0,5-1,0

 

 

Payızlıq çovdar

 

 

Qonur, gövdə pası, rinxosporioz, sarı- yaşıl kif

Vegetasiya dövründə çilənmə: birinci – xəstəliyin ilkin əlamətləri meydana gəldiyi zaman, ikinci – zərurət olduqda, 21 günlük intervalla. İşçi məhlul sərfi – 300 l/ha.

 

 

0,5-1,0

 

 

Şəkər çuğunduru

 

 

Serkosporioz, unlu şeh

Vegetasiya dövründə çiləmə.

İşçi məhlul sərfi - 300-400 l/ha

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X