SKOROŞANS EK

SKOROŞANS EK

Təsiredici maddə: 250 qr/l Difenokonazol 
Alma, armud, çəyirdəkli meyvələrin kartofun bir sıra xəstəliklərdən mühafizəsi üçün sistemik fungisid.


Preparatın üstünlükləri:

  • Uzun müddət ərzində, effektiv şəkildə sadəcə yarpaqları deyil, həmçinin meyvələri qoruyur.
  • Ən yaxşı profilaktik və müalicəvi təsirə malikdir.
  • Tez bir zamanda bitkilərin toxumalarına nüfuz edir.


 Emulsiya konsentratı (EK).       2 il

  Kanistr, 5 l                                
–10 °С-dən +30 °С-dək


  
Təsir mexanizmi: Preparat patogenlərdə böyümə borucuqlarının böyüməsi proseslərini, hüceyrələrin bölünməsini və miselinin böyüməsini boğan sterin sintezini ləngidir.
  
Təsir sürəti: tətbiq olunduqdan sonra 2 saat ərzində bitkinin toxumalarına nüfuz edir.
  
Müdafiə təsiri dövrü: Hava şəraitindən və yoluxma dərəcəsindən asılı olaraq, qoruyucu təsir müddəti 8- 15 gün təşkil edir.
  
Gözləmə müddəti: Meyvəli bitkilərdə - 20 gün, kartofda - 28 gün.
  
Tətbiq normaları və müddətləri: Meyvəli bitkilərdə mövsüm ərzində 4 dəfəyə qədər, kartofda - 2 dəfəyə qədər tətbiq edilməsinə yol verilir. Meyvəli bitkilərdə, profilaktika məqsədilə, 0,2 l/ ha preparatla çiləmə çəhrayı qönçə fazasından 10 mm meyvələrin əmələ gəlməsinə qədər, 7- 10 gün intervalla, həyata keçirilir. Daha gec müddətlərdə - 10-14 gün intervalla. Bu zaman Skoroşansla çiləmə digər kimyəvi birləşməli fungisidlərlə ilə növbələşdirmək daha yaxşı olar. Xəstəliklərin epifitotik inkişafı zamanı və armud və almanın növlərinin dəmgilə qarşı davamlılığı zəif olduğu zaman Skoroşansla çiləmə, kontaktlı fungisidlə qarışıqda 0,2 l/ ha dozada həyata keçirilir. Kartofda bitkilərin çilənməsi 0,3- 0,4 l/ ha preparat sərfiyyat normasında həyata keçirilir. İşçi məhlulunun sərfiyyatı: meyvəli bitkilərdə - 1000 l/ ha-dək, kartofda - 400 l/ ha-dək. çiləmədən 2 saat sonra yağan yağış preparatın effektivliyini azaltmayacaq.
  
İşçi məhlulun hazırlanması texnologiyası: İşçi məhlul çiləmədən dərhal əvvəl hazırlanır. Əvvəlcə, çiləyici çəninə təxminən 1/3 hissəsi qədər su tökülür, daha sonra, hidorqarışdırıcı işləyə-işləyə, zəruri miqdarda preparat tökülür. 7- 10 dəqiqə ərzində qarışdırılır. Daha sonra tam dolana qədər su doldurulur. Qarışdırma prosesi çiləmə zamanı da fasiləsiz olaraq davam etdirilir.
  
Çiləyicinin təmizlənməsi: Skoroşans tətbiq edildikdən sonra, çiləyicini əvvəlcə təmiz su ilə, daha sonra isə susuzlaşdırılmış sodadan və sudan ibarət, 100 l suya 250-300 qr. soda hesabı ilə hazırlanmış məhlulla yaxşıca yumaq zəruridir.
  
Digər preparatlarla qarışdırılması: Preparatı çox qələvi maddələrlə qarışdırmaq olmaz. Tətbiq edilməzdən öncə, komponentlərin fiziki- kimyəvi uyğunluğunu yoxlamaq zəruridir.
  
Fitotoksiklik: tətbiq olunan bitkilər üçün fitotoksiki deyil.
  
Təhlükə sinfi: Preparat 3-cü təhlükə sinfinə (zəif təhlükəli birləşmə) aiddir. Torpaqda dayanıqlığına görə 2-ci sinif.



Tətbiq qaydaları

Preparatın tətbiq norması, l/ha

    Bitki

   Zərərli obyekt

             Tətbiq qaydası vaxtı

 Gözləmə müddəti / tətbiqin sayı  

 

 

0,15-0,2

 

 

Alma, armud

 

 

Dəmgil, unlu şeh

Vegetasiya dövründə aşağıdakı fazalarda çiləmə: “yaşıl konus”, çəhrayı qönçə, sonrakı çiləmələr 10-15 gün intervalla çiçəklənmədən sonra. İşçi məhlul sərfi: 800-1000l/ha

 

 

28 (4)

 

 

0,3-0,35

 

 

Alma

 

 

Alternarioz

Vegetasiya dövründə çiçəklənmədən əvvəl və sonra çiləmə: çəhrayı qönçə və ləçəklərin tökülməsindən sonra 15 gün intervalla. İşçi məhlul sərfi: 1500l/ha.

 

 

28 (2)

 

 

 

 

0,3-0,4

 

 

Kartof

 

 

 

 

Alternarioz

Vegetasiya dövründə 10-14 günlük intervalla xəstəliyin ilkin əlamətləri meydana çıxdığı zaman çiləmə. . İşçi məhlul sərfi: 200-400 l/ha.

 

 

10 (2)

 

Açıq sahə pomidoru

Vegetasiya dövründə 10-14 günlük intervalla xəstəliyin ilkin əlamətləri üzə çıxdığı zaman çiləmə. . İşçi məhlul sərfi: 400-600l/ha.

 

 

28 (2)

 

 

 

0,2

 

Şaftalı, ərik, albalı gilas gavalı

Monilioz, klasterosporioz, yarpaqların qıvrılması, dəmgil, kokkomikoz.

Vegetasiya dövründə aşağıdakı fazalarda çiləmə: “yaşıl konus”, çəhrayı qönçə, çiçəklənmədən sonra - 10-15 gün intervalla. . İşçi məhlul sərfi: 800-1000l/ ha.

 

 

 

28 (4)

 

 

 

 

 

 

 

1,5-2,0

 

 

 

 

Üzüm

 

 

 

 

Kif

Vegetasiya dövründə aşağıdakı fazalarda çiləmə: birinci çiləmə hamaş çiçəklərin törəməsi-yumşaldılması qönçələrin ayrılması (çiçəklənməyə 10 gün qalmışa qədər) fazasında ilk ləkələrin üzə çıxması zamanı, ikinci gec çiçəklənmə, üçüncü

  giləmeyvələrin formalaşması, dördüncü

noxud dənəsi ölçüsündə giləmeyvə. İşçi məhlul sərfi: 800-1000l/ha.

 

 

 

 

20 (4)

 

 

Açıq sahə pomidoru

 

 

Fitoftoroz, alternarioz

Vegetasiya dövründə çiləmə: birinci çiləmə xəstəliyin ilkin əlamətləri üzə çıxdığı zaman və ya profilaktik təyinatlı, sonrakılar 10-12 günlük intervalla. İşçi məhlul sərfi: 300-500l/ha.

 

 

14 (3)

Bütün hüquqlar qorunur. © 2025

Bu saytı Xaqan Məhərrəmov hazırlayıb.

X